Icma.az
close
up
RU
“Pezeşkianın atdığı addımlar İranda həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək” Deputat

“Pezeşkianın atdığı addımlar İranda həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək” Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdığı “Balamın adı” kampaniyası çərçivəsində Prezident Məsud Pezeşkiana məktub ünvanlanıb. 15 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq prezident məsələni araşdırmaq və məhdudiyyətlərin aradan qaldırılması üçün müvafiq qurumlara göstəriş verib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın atdığı addımlar təqdir olunmalıdır.

"Hər şeydən öncə görürük ki, Məsud Pezeşkian İranda yaşayan bütün xalqların maraqlarını nəzərə almağı bacarır və dövlət siyasətinin mərkəzinə fars şovinizminin paradiqmalarını qoymur. Bu isə əslində İranın güclənməsi deməkdir. İran çoxsaylı xalqların tarixi vətənidir və bu xalqlar arasında qədimdən bəri azərbaycanlılar mühüm yer tutur. Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Urmi hövzəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən mənə elə gəlir ki, Məsud Pezeşkianın atdığı bu addımlar İranda həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək. İctimai rəydə dost dost kimi, düşmən isə düşmən kimi görüləcək".

Deputat əlavə etdi ki, indiyədək Azərbaycan fars şovinizmi və radikal məzhəbçilərin prizmasından İran xalqına düşmən kimi təqdim edilirdi.

"Bu baxımdan, Pezeşkianın addımlarını tarixi, cəsarətli və qətiyyətli addımlar kimi qiymətləndirirəm. Sosiologiyada “sosial dil” deyilən bir anlayış var. Bu, insanın adına, zahiri görünüşünə, geyim tərzinə və istifadə etdiyi aksesuarların xarakterinə görə özü haqqında ətrafdakılara məlumat verməsi deməkdir. Yəni sosial dil, sözsüz şəkildə fərdin kimliyini ifadə edir. Burada adların rolu xüsusilə önəmlidir. Azərbaycan xalqı ad qoymanı Dədə Qorqud dastanından bəri xüsusi bir ritual kimi qəbul edib və adın şəxsin xarakteri və kimliyini əks etdirməsinə böyük önəm verib. Məsələn, Dədə Qorqud dastanında buğanı məğlub edən qəhrəmana “Buğac” adı verilir. Bu, adların milli kimliyi və etnik mənsubiyyəti necə açıq şəkildə ifadə etdiyinin göstəricisidir.

Ona görə də İranda türk adlarının qadağan olunması, bir xalqın hüquqlarına qarşı ən böyük təcavüzlərdən biri kimi qiymətləndirilməlidir. Əgər bu gün İran Prezidenti bu məhdudiyyəti aradan qaldırmaq üçün təşəbbüslər göstərirsə, bu, əlbəttə ki, təqdirəlayiqdir. Bu, bir xalqın dilinin, milli kimliyinin və milli qürurunun özünə qaytarılması deməkdir və biz bunu alqışlayırıq", - deyə Hikmət Babaoğlu vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri