Icma.az
close
up
RU
Pezeşkianın Azərbaycana gəlişi əlamətdar hadisədir RƏYLƏR

Pezeşkianın Azərbaycana gəlişi əlamətdar hadisədir RƏYLƏR

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Fuad Abbasov: “Azərbaycan bütün sərhəd qonşuları yaxşı əlaqələr qurmağa çalışır”


Eldəniz Əmirov: “2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək! Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq”


İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkianı qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Daha sonra liderlərin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Prezidentlər Birgə Bəyanat imzalayıblar. Görüşlərdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub.

 Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. 


Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında deyib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana təşrif buyurması Bakı üçün çox önəmli məqamda baş verir. Ekspert xatırladıb ki, İsrail prezidenti Benyamin Netanyahunun və Suriyanın yeni prezidenti Əhməd Əş-Şaranın ölkəmizə səfəri gözlənilir: 

"Türkiyə Prezidenti R.T.Ərdoğanın da Azərbaycana növbəti səfəri baş tutacaq. Məhz belə bir dönəmdə Məsud Pezeşkianın Azərbaycana gəlişi əlamətdar hadisədir. İlk başda diqqətlər İran-İsrail probleminə yönəlir. İranın düşüncəsində Azərbaycan-İsrail birliyinin Tehran əleyhinə hansısa addımlar atacağı şübhəsi qalmaqdadır. Azərbaycan digər dövlətlərlə münasibətlərdə ikitərəfli əməkdaşlığa daha çox önəm verir. Heç zaman hansısa dövlətlə əlaqəmizi üçüncü ölkəyə qarşı istifadə etməmişik, buna imkan verməmişik. Əfsuslar olsun ki, İrandan adekvat yanaşma görməmişik. Tehran hökuməti hər fürsətdə Azərbaycanı İsraillə əməkdaşlıqda suçlayıb, ikili münasibətlərin guya onlara qarşı yönəldiyini iddia edib. Zəngəzur dəhlizi və Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətt"ləri elan edib. Amma son dönəmlərdə Rusiya və İranın Suriyadan çəkilməsi də Tehran rejiminin əlini zəiflədib. Qərbin, xüsusən ABŞ-nin İrana qarşı təzyiqləri, sanksiyaları gündəmdədir. Belə məqamda İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var. Bu fonda nəqliyyat, iqtisadiyyat və sahələrdə əməkdaşlıq sazişlərinin imzalanması mümkündür". 


F.Abbasov bildirib ki, Azərbaycan bütün sərhəd qonşuları yaxşı əlaqələr qurmağa çalışıb, hamısı ilə yüksək əməkdaşlıqda maraqlı olub: 

"İranla da əlaqələrə xüsusi diqqət yetirmişik, çünki orada milyonlarla soydaşımız yaşayır. Amma unutmayaq ki, Tehran rəsmən elan etməsə də, Bakı ilə münasibətlərdə qərəz, qeyri-obyektiv  qalmaqdadır. İran ərazisində müxtəlif müstəvilərdə Azərbaycan əleyhinə güclü təbliğat getməkdədir. O baxımdan hesab edirəm ki, İranla əlaqələrdə diqqətli olmalıyıq, balanslı siyasət sərgilənməlidir".  



İqtisadçı Eldəniz Əmirov da "Sherg.az"a bildirib ki, Azərbaycana gözlənilən xüsusi səfərlərdən biri reallaşdı. Onun sözlərinə görə, M.Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir: 

"Bu səfər, regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək, hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir. İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir. İkitərəfli ticarət dövriyyəsi sürətlə artmaqddır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb. Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Lakin, yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır. İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrndə mühüm əməkdaşlığı əhatə edir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir. 2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb". 


E.Əmirov əlavə edib ki, ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır: 

"Lakin hesab edirəm ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər. Həmçinin, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər. Bir məqamı xüsusi qeyd edim ki, 2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək! Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see463

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see209

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see201

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see185

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see182

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see168

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see134

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri