Icma.az
close
up
RU
Pezeşkianın səfərindən sonra İranla münasibətlərin gələcəyini proqnozlaşdırmaq üçün gözləmək lazımdır

Pezeşkianın səfərindən sonra İranla münasibətlərin gələcəyini proqnozlaşdırmaq üçün gözləmək lazımdır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İki ölkə arasında İran-Azərbaycan münasibətləri kontekstində ikitərəfli inkişaf yönümlü münasibətlərin qurulması, inkişaf etdirilməsi çox önəmlidir. Mədəni, iqtisadi, siyasi əlaqələrin bərpası və gələcəkdə qarşılıqlı sərmayə qoyulması, qarşılıqlı faydaların götürülməsi istiqamətində Azərbaycan iradə nümayiş etdirir. Amma bu qarşılıqlı olmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəylinin fikrincə, İranın siyasi idarə qüvvələri Azərbaycana münasibətləri ona görə qururlar ki, Azərbaycan bir reallıq yaradıb və onlar hesablaşmağa məcbur qalırlar: “Hələ ki, öz asılılıqlarını aradan qaldırmağa və münasibətləri yenidən canlandırmağa çalışırlar. Əllərinə fürsət keçən kimi yenə də əvvəlki münasibətlərinə dönüş edəcəklər. Yenə gərginlik davam edəcək, yenə də antiAzərbaycan təbliğatlarını aparacaqlar. Bu səbəbdən də bir müddət gözləmək və bu prosesləri əməldə görmək lazımdır. İran rejiminin Ermənistana münasibəti, İran rejiminin Azərbaycanın yaratdığı siyasi və geopolitik reallığa münasibəti və Güney Azərbaycanda yaşayan 40 milyon Azərbaycan türkünə münasibəti məsələləri var. Yəni 40 milyon Azərbaycan türkü Güney Azərbaycanda yaşayır, hələ də onların dili rəsmi deyil və kimliyi rəsmiyyətlə tanınmır”.

Sadiq İsabəyli

“Biz Məsud Pezeşkianın mətbuata verdiyi açıqlamalardan gördük ki, Tehran mərkəzli siyasətdən asılıdır. Məsud Pezeşkian İran adlanan ölkənin parlamentində deyir ki, “mən türk doğulmuşam, mən türkəm, mən azərbaycanlıyam, bununla da fəxr edirəm”. Amma müsahibəsində deyir ki, “biz azərilərlə, istəyirik ki, yaxşı münasibətimiz olsun”. Bu da onu göstərir ki, bu çıxışlarda deyilənlər onun öz sözü deyil. Ona deyirlər, "sən onlara azəri deməlisən", o da həmin iradəyə tabe hərəkət edir. Əsas problem burdadır. Məsud Pezeşkian bir ölkənin prezidenti ola bilər, amma o prezident olduğu halda nə qədər siyasi iradəyə və onun yerinə yetirilməsi imkanına sahibdir? Bu, ciddi bir sualdır. Biz bilirik ki, İranın xarici siyasəti dini rəhbər Əli Xamenei və fars mərkəzli qurumlar tərəfindən müəyyənləşdirilir. Onların istəyi əsasında bütün münasibətlər tənzimlənir. Onların istəyi əsasında 40 milyon Azərbaycan türkünə irqi, iqtisadi, siyasi, ictimai, mədəni ayrı-seçkilik üzərində qurulan münasibət sərgilənir.

Biz görürük ki, Güney Azərbaycanla Quzey Azərbaycan arasında toplum olaraq, millət olaraq hər hansı bir problem və ya gərginlik yoxdur. Belə olan halda Güney Azərbaycanla Quzey Azərbaycan arasında mədəni və iqtisadi münasibətlərin inkişafına niyə şərait yaradılmır? Niyə Quzey Azərbaycanın Təbrizdə, Ərdəbildə və ya Zənganda heç bir dənə də mədəniyyət mərkəzi yoxdur? Güney Azərbaycan o qədər sərvətə malik olduğu halda, niyə ən çətin iqtisadi durumda yaşamağa məcbur qalıb? Sanki heç bir tərəfə çıxış yolu yoxdur və iqtisadi inkişaf imkanları yoxdur. Niyə belə bir atmosfer yaradıblar? Niyə belə bir durumu ortaya çıxmasına göz yumublar? Fars mərkəzli siyasi, ideoloji hakimiyyət Tehran mərkəzli olanda vəziyyət bundan ibarət olur. Onlar istəməzlər ki, 40 milyon Azərbaycan türkü Təbrizdə, Ərdəbildə, Zənganda, Qəzvində varlı, imkanlı, yüksək səviyyədə öz dilini kültürünü, mədəniyyətini qoruyan və siyasi təsir gücünə sahib olan bir toplum olsun. Hazırda bunun qarşısını alırlar. Bu, özü düşmənçiliyin nə qədər dərin olmasından xəbər verir.

Azərbaycan Respublikasının yaratdığı hərtərəfli bir güc var ki, o güclə indi Tehran hesablaşmaq zorundadır. Ölkələr arasında qonşuluq münasibətlərinin bərpası və inkişaf etdirilməsi istiqamətində işlər görüləcəyi məsələsi İranın gələcək fəaliyyətlərinə qalıb. Biz o fəaliyyətlərə baxıb, sonradan qiymətləndirə bilərik”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri