Icma.az
close
up
RU
Pezeşkianın səfəri: Münasibətlərin normallaşması maraqlarımız çərçivəsindədir

Pezeşkianın səfəri: Münasibətlərin normallaşması maraqlarımız çərçivəsindədir

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"İran-Azərbaycan münasibətlərinin normal məcrada inkişafı regionda sülhə və sabitliyə xidmət edən başlıca faktordur".

Bu sözləri Azərbaycan-İran münasibətlərini şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq və münasibətlərin formalaşmasında maraqlıdır. Bununla bağlı ölkəmiz öz mövqeyini istər şimal, istərsə də cənub qonşusuna hər dəfə bildirib. Ölkəmiz bunu sözlə ifadə etməklə yanaşı, əməli addımlarla da qarşılıqlı əməkdaşlıq formatında münasibətləri inkişaf etdirdiyini nümayiş etdirib.

Müsahibimizin sözlərinə görə, Azərbaycanla İranın münasibətlərinin normallaşması maraqlarımız çərçivəsindədir:

“Təəssüf ki, uzun illər ərzində Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq, İranın yürütdüyü siyasət tamamilə fərqli olub və ölkəmizə qarşı münasibəti heç də dostca olmayıb. İran Azərbaycan ərazilərini 30 il müddət ərzində işğal altında saxlayan Ermənistana dəstək nümayiş etdirib, Ermənistanın hərtərəfli ayaq üstə qalmasına dəstək verən siyasət yürüdüb. Bu, İranın Azərbaycana dost ölkə kimi yanaşmadığını açıq şəkildə göstərib. Ölkəmiz müstəqillik əldə edəndən və İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı yürütdüyü siyasət heç də xoş olmayıb".

Arzuxan Əlizadə, deputat

Arzuxan Əlizadə qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın ölkəmizə gözlənilən səfəri bir çox məsələlərdə gözləntiləri doğrultmaq baxımından diqqət mərkəzində olacaq.

"Pezeşkianın prezident seçkiləri ərəfəsində verdiyi bir çox mesajlar var. Həmin mesajların reallaşması tərəfimizdən gözlənilir. İran rəsmiləri burada yaşayan 40 milyondan artıq Azərbaycan türkünün ən azından öz dilində təhsil almaq hüququnun bərpa olunması və digər məsələlərin həllinin fərqində olmalıdırlar. Unutmaq olmaz ki, İranla Azərbaycanın ortaq tarixi var. Uzun əsrlər boyunca İran dövlətinə Azərbaycan türkləri rəhbərlik ediblər. Bu gün də İranda kifayət qədər çox yaşayan Azərbaycan türkləri var, onların haqq və hüquqlarının müdafiəsi müstəqil Azərbaycan dövlətinin maraqları çərçivəsindədir", - Arzuxan Əlizadə vurğulayıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri