Pezeşkianla vitse prezident arasında fikir ayrılığı yoxdur
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkianla ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arif arasında fikir ayrılığı yoxdur.
Bu barədə İran hökumətinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.
İran Hökumətinin İnformasiya Şurasının Katibliyindən bildirilib ki, Prezidentlə birinci vitse-prezident arasında, xüsusilə yanacaq istehlakının idarə olunması məsələsində heç bir fikir ayrılığı yoxdur.
"Həmçinin ötən Nazirlər Kabinetinin iclasında Rza Arifin bəzi kabinet üzvlərinə sərt xəbərdarlıqlar etməsi ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir", - hökumətdən vurğulanıb.
Açıqlamada qeyd olunub ki, bu xəbərlər tamamilə yalandır, müəyyən dairələr tərəfindən uydurulub və reallıqla heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, İranda benzin istehlakı ilə daxili istehsal arasında ciddi fərq yaranıb. Yanacağın qiymətinin artırılması və istehlakın məhdudlaşdırılması məsələsi hökumət üçün həssas mövzuya çevrilib. Bəzi media resursları isə İran rəhbərliyində parçalanma və yanacaq siyasəti ilə bağlı mübahisələr barədə materiallar yayıb.
İran hökumətinin bu açıqlamanı verməkdə məqsədi mümkün ölkədaxili böhranın qarşısını almaqdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:127
Bu xəbər 18 Noyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















