Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Pezeşkianla Xameneinin FƏRQİ

Pezeşkianla Xameneinin FƏRQİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda əhalinin böyük çoxluğunun İran prezidenti Məsud Pezeşkiana dərin hörməti var. İranın ali lideri Ayətullah Seyid Əli Xameneiyə isə münasibət son dərəcə pisdir. Niyə belədir? Çünki Məsud bəy İran prezidenti kimi həm Güney, həm də Quzey Azərbaycanın maraqlarını nəzərə alır. İmkanı daxilində öz xalqına dəstək verir. İnsanlar bunu görür və yüksək dəyərləndirirlər.
Məsud Pezeşkian kimi Ayətullah Xamenei də etnik baxımdan türkdür. Ancaq o, fars şovinizminin qulluğunda dayanan və milli kimliyini farslara qurban vermiş manqurtdur. Xamenei 1989-cu ildən iqtidardadır. Əgər onda milli qeyrət olsaydı, Ermənistan heç Azərbaycana hücuma belə cəsarət etməzdi. Təəssüf ki, Ayətullah Xamenei bütün bu illər ərzində xalqımızın düşmənlərinin yanında yer aldı. Gizli və açıq şəkildə ermənilərə dəstək verdi. İndi də, yəni iş-işdən keçəndən sonra da Ayətullah Xamenei ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı istifadə etməyə çalışır. Bax, Məsud Pezeşkianla Ayətullah Xameneinin fərqi bu qədərdir.
Dəfələrlə yazmışam, əslində İran bizə Türkiyədən də yaxın ölkədir. Ən azı ona görə ki, İranın heç olmasa yarısı türkdür. O da sirr deyil ki, az qala min il indi İran dediyimiz coğrafiyada tax-tacın sahibi də türklər olub. İran öncə sünni dövləti idi. İranı şiə dövlətinə çevirən də Şah İsmayılın qılıncıdır. İndi fars faşizmi Şah babamızın yaratdığı ideologiya ilə türkləri məhv etməyə çalışır. İranın başqa seçimi yoxdur. Ya İran türk keçmişinə dönərək özünü dövlət kimi qoruyub saxlayacaq, ya da tikə-parça olub gedəcək.
Təəssüf ki, Azərbaycanda şiə təəssübkeşliyindən dolayı İrana dəstək verənlər də var. Özü də az deyillər. Belələri özünü “Əli aşiqi” kimi qələm verir. Həzrət Əli ömrü boyu haqqın, ədalətin, insanlığın yanında olub. Siz isə öz dövlətinizin maraqlarına tüpürüb erməni separatizminə dəstək verən fars faşizminə yalaqlıq edirsiz. Siz “Əli aşiqi” yox, fars-erməni aşiqisiz. Bir zəhmət, hər kəsi öz adı ilə çağıraq. Bu zümrədə olanlar iddia edir ki, biz sionizmə qulluq edirik, ABŞ və İsrailin yanındayıq. Gözlərinin içinə kimi yalan deyirlər. Biz birmənalı şəkildə Azərbaycanın, bu xalqın, bu dövlətinin yanındayıq. ABŞ və İsrail Azərbaycanla dostluq edirsə, nədən biz onlarla düşmənçilik edək?
Azərbaycanın dövlət maraqları tələb edir ki, nəinki dostluq münasibətimizi qoruyub saxlayaq, onu daha da möhkəmləndirək, hətta düşmənlərimizlə də dil tapaq, onlarla da anlaşaq. Məsələn, hazırda Ermənistanla bu istiqamətdə irəliləyirik. Türkiyə də, bütün Türk Dünyası da bu işin içindədir. Çalışdığımız odur ki, nə Qərb, nə Rusiya, nə də ki, İran bir daha erməni faktorundan türklərə qarşı yararlana bilməsin. Bir önəmli məqam da var. Diqqət etdinizsə, ABŞ okeanların üstündən sıçrayıb Cənubu Qafqaza daxil oldu və Zəngəzur dəhlizinə əl qoydu. Rusiya və İran mələyə-mələyə qaldı. Bu iki ölkədə ağıl olsaydı, praqmatik yanaşma sərgilənsəydi, Zəngəzur dəhlizi Amerikasız da açıla bilərdi. Ancaq aşırı tamahkarlıq, yekəbaşlıq Rusiya və İranı Zəngəzur dəhlizindən kənarda qoydu. Amerika son dərəcə güclü imperialist bir ölkədir. Gördüz, iki daşın arasında Rusiyanın yaman günə qoyduğu Ukraynanın təbii sərvətlərini zorla qamarladı. Bax ona görə də biz deyirik ki, türklər vahid dövlətdə birləşməlidir ki, kimsə bizim sərvətlərimizi yağmalamasın. Kimsə bizi müharibə ilə hədələməsin. Heç belə şeyi ağlının ucundan da keçirməsin. Bir də biz İran kimi sarsaq deyilik ki, gedib o boyda Amerikaya kəllə ataq. Sonra da başımıza bomba yağanda gedib Ayətullah Xamenei kimi bunkerdə gizlənək. Ardınca da Amerikanın icazəsi ilə üzə çıxıb gic-gic qələbədən danışaq. Belə şeylərə üz lazımdır.
Dədə Qorqud bizlərə deyirdi ki, torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan onda da əkib-becərməyin elə bir mənası yoxdur. Biz bütün imkanlarımızı səfərbər edərək öz torpaqlarımızı öncə qorumalıyıq, daha sonra isə o torpaqlarda ən yüksək səviyyədə yaşam standartları yaratmalıyıq. Yol budur. Biz də XXI əsri türk əsrinə çevirmək üçün bu yolun yolçusuyuq.
Elbəyi Həsənli,
Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see691

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see287

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see283

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see269

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see267

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see260

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see254

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see253

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see252

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see251

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see245

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see236

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see231

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see228

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see227

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see223

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see219

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see218

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri