Icma.az
close
up
RU
PFL prezidenti: “Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la finalda qarşılaşmaq fəxrdir” MÜSAHİBƏ

PFL prezidenti: “Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la finalda qarşılaşmaq fəxrdir” MÜSAHİBƏ

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futzal üzrə Azərbaycan I Liqasında mübarizə aparan Peşəkar Futbol Liqasının (PFL) eyniadlı komandasının baş məşqçisi, həm də rəhbəri olan Elxan Səmədov “Report”a müsahibə verib. O, Azərbaycan Kubokunun yarımfinalında U-19-u məğlub etmələri və son ölkə çempionu “Araz-Naxçıvan”la final matçında şansları barədə danışıb. PFL prezidenti hazırda lider olduqları I Liqanın durumunu dəyərləndirib, Yüksək Liqaya vəsiqə qazanmaq şanslarına toxunub. O, Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsində çıxışına da münasibət bildirib.

- Azərbaycan Kubokunun yarımfinalında qarşılaşdığınız U-19-la oyun barədə  fikirlərinizi bildirərdiniz.

- İllər öncə yaşadığım sevinci təkrarlamaq ikiqat xoş oldu. O vaxt da oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşdu. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Bu oyuna çox ciddi hazırlaşırdıq. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Buna görə də oyunu müdafiədən qurmağa və onları əks-hücumda yaxalamağa qərar verdik. Təcrübə sözünü dedi və taktikamız uğurlu alındı. Komandamız uzun illərdir bir yerdə oynayır və hər kəs bir-birini yaxşı başa düşür. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, matç ağır keçdi.

- Bu mərhələyə qədər irəliləyəcəyinizi gözləyirdiniz?

- Minimal hədəfimiz yarımfinala qədər irəliləmək idi. Maksimum isə finala çıxmağı və qalib gəlməyi arzulayırdıq. 

- Finalda son ölkə çempionu “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Şanslarınızı necə dəyərləndirirsiniz?

- Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la finalda qarşılaşmaq fəxrdir və artıq bizim üçün böyük uğur sayıla bilər. Hər şeyə real yanaşırıq və anlayırıq ki, qələbə şansımız çox deyil. Ancaq biz həmişə meydançaya qələbə üçün çıxmışıq və bu dəfə də qalib gəlməyə çalışacağıq. 

- PFL komandası hazırda I Liqanın lideridir və elitaya çıxmağa əsas namizəddir. Çempionluq şanslarınız barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, çempionatın formatı dəyişib və bir dövrədən ibarətdir. Sonda ilk dörd yeri tutacaq komandalar pley-offda mübarizə aparacaqlar. Bu səbəbdən düşünürəm ki, çempionluqdan danışmaq hələ tezdir. 

- Yüksək Liqanın şərtləri fərqlidir, daha güclü rəqiblər olacaq...

- Elitada oynamaq üçün peşəkar komanda olmalı, peşəkar məşqlər keçməliyik. Yanaşma başqa olmalıdır. Biz isə həvəskar komandayıq. Hərəmiz fərqli bir işdə çalışırıq. Bu səbəbdən Yüksək Liqada çıxış etmək haqda düşünməmişik.

- I Liqanın durumu, rəqiblərin səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Düşünürəm ki, I Liqanın oyunları çox maraqlı keçir. Təşkilatçılıq baxımdan da səviyyə hər kəsi razı salır. Əlbəttə, gələcəkdə daha çox komandanın iştirak etməsini istərdim. Komandaların səviyyəsi demək olar eyni olduğundan matçlar da maraqlı keçir. 

- Yüksək Liqada da gərgin mübarizə gedir. Hansı komandanın çempion olacağını düşünürsünüz?

- Doğru qeyd edirsiz ki, Yüksək Liqada çox gərgin mübarizə gedir. Üç komanda demək olar bərabər gücdədirlər. Hər birinə uğurlar arzu edirəm. 

- Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsindəki çıxışı ilə bağlı fikirləriniz də maraqlıdır. Vitali Borisovun rəhbərlik etdiyi komanda növbəti mərhələyə vəsiqə qazana bilər?

- Əfsuslar olsun ki, 3 oyundan sonra 2 xalımız var. Xorvatiyaya səfərdə məğlub olduq, evdə isə Yunanıstan və İsveç ilə bərabərə qaldıq. Düşünürəm ki, komandamız indi keçid dövrünü yaşayır. Millinin formalaşması üçün zaman lazımdır. Növbəti mərhələyə adlamaq şansımızın qaldığını düşünürəm. 10 qrupda ikinci olacaq ən yaxşı 8 komanda pley-offda qarşılaşacaq və növbəti mərhələyə 4 yığma vəsiqə qazanacaq. Amma bunun üçün biz həm Yunanıstanı, həm də İsveçi məğlub etməliyik. Eyni zamanda,  çalışmalıyıq ki, evdə Xorvatiya ilə heç olmasa, bərabərə qalaq. Fürsətdən istifadə edərək komandamıza uğurlar arzu edirəm. Biz onlara inanırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri