P.İ.Çaykovskinin anadan olmasının 185 illiyinə həsr olunmuş videoçarx hazırlandı
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Udmurtiya Milli Kitabxanası ilə birgə “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində videoçarx hazırlandı.
“Pyotr İliç Çaykovski – 185” adlı videoçarx dünya auditoriyasının qəlbini fəth etmiş, klassik musiqinin inkişafına mühüm töhfələr vermiş, bəstəkar, istedadlı pedaqoq, dirijor və musiqi tənqidçisi Pyotr İliç Çaykovskinin anadan olmasının 185 illiyinə həsr olunub. Videoçarxda dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir. Burada P.İ.Çaykovskinin məşhur ifadələri yer alır. Bir çox əsərlərinin siyahısı verilir, abidələri nümayiş olunur. Videoçarxda Çaykovskinin “Uşaq albomu”ndan “Torağayın nəğməsi” və “Ana” adlı hissələrin fraqmenti verilib.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=zWFlEo7Skl8
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















