Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 dekabr, AZƏRTAC
Kşnyakin İqor çox bacarıqlı pilot və nümunəvi dost idi. Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük bir boşluq olacaq. Hazırda ailəsi yas mərasiminə hazırlaşır və bu, hamımız üçün çox çətin bir dövrdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri ötən gün Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot Kşnyakin İgorun dostu İsfəndiyar Müslimov jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, dünən baş verən təyyarə qəzasında kapitan pilotun həlak olduğu təsdiqlənib, yaxınları və dostları hadisə ilə bağlı dərin kədər hissi yaşayırlar. “Pilotun ailəsi onun itkisi ilə bağlı mənəvi cəhətdən sarsılıb. Allah bütün həlak olanlara rəhmət eləsin”, - deyə İ.Müslimov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















