Icma.az
close
up
RU
Pilotlar selfi çəkərkən təyyarələr toqquşub Detallar

Pilotlar selfi çəkərkən təyyarələr toqquşub Detallar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreyada 2021-ci ildə baş verən hərbi aviasiya qəzasının detalları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, istintaq nəticələrinə əsasən, Cənubi Koreya Hərbi Hava Qüvvələri məxsus iki “F-15K” qırıcı təyyarəsinin toqquşmasına pilotların uçuş zamanı selfi və video çəkməsi səbəb olub.

Hadisə Daequ yaxınlığında təlim uçuşu zamanı baş verib. Araşdırma hesabatına görə, pilotlar missiya gedişində xatirə məqsədilə foto və video çəkiblər. Onlardan biri bu uçuşun həmkarları ilə son missiyası olduğunu əsas gətirərək, uçuşdan əvvəl şəkil çəkəcəyini bildirib.

Məlumata əsasən, dönüş manevri zamanı arxadakı təyyarədə olan pilot mobil telefonu ilə çəkiliş aparıb, ön təyyarədəki pilot isə həmin anların videoa çəkilməsi üçün digər pilotdan kömək istəyib. Bu zaman arxadakı pilotun qəfil manevr etməsi iki təyyarə arasında məsafəni təhlükəli dərəcədə azaldıb.

İstintaq materialında qeyd olunur ki, arxadakı pilot “göstəriş xarakterli” manevr edərək, təyyarəni qəfil yuxarı qaldırıb, ön təyyarə isə toqquşmadan yayınmaq üçün sürətlə enməyə çalışıb. Lakin bu hərəkətlər nəticəni dəyişməyib və ön təyyarənin sol qanadı digər təyyarənin quyruq hissəsinə dəyib.

Qəza nəticəsində ölən və yaralanan olmayıb, lakin hər iki təyyarə ciddi zərər görüb.

Hadisə nəticəsində hərbi aviasiyaya təxminən 880 milyon von (təxminən 1 milyon manat) ziyan dəydiyi müəyyən edilib. Əvvəlcə pilotdan tam məbləğin ödənilməsi tələb olunsa da, o, qərardan şikayət verib. Pilot səhlənkarlığı etiraf etsə də, uçuş zamanı bu cür çəkilişlərin qeyri-rəsmi şəkildə geniş yayıldığını iddia edib.

Baxış şurası şikayəti qismən qəbul edərək, cəriməni 90 faiz azaldıb və pilotun təxminən 88 milyon von (təxminən 100 min manat) ödəməsinə qərar verib.

Qərarda qeyd olunub ki, hərbi uçuşlarda xatirə məqsədli çəkilişlər geniş yayılmış praktika olsa da, bunun kifayət qədər tənzimlənməməsi təhlükəsizlik risklərini artırıb.

Qəza ictimaiyyətə açıqlanandan sonra Cənubi Koreya Hərbi Hava Qüvvələri rəsmi üzr bəyanatı yayıb və uçuş təhlükəsizliyi qaydalarının sərtləşdiriləcəyini bildirib. Həmçinin hadisədə iştirak edən pilotlardan biri uçuş vəzifəsindən kənarlaşdırılıb və sonradan ordudan ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri