Icma.az
close
up
RU
Pirallahıda “Nə? Harada? Nə zaman?” oyunu təşkil olundu FOTOLAR

Pirallahıda “Nə? Harada? Nə zaman?” oyunu təşkil olundu FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Pirallahı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə təhsil işçiləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Yarış Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi əməliyyatlar silsiləsi deyil, həm də milli birliyin, dövlətçilik iradəsinin və siyasi liderliyin harmonik sintezinin təzahürüdür. Zəfər Günü müasir Azərbaycan tarixində milli identiklik və dövlət suverenliyinin bərpası prosesinin kulminasiya nöqtəsidir.

O vurğulayıb ki, bu Qələbə sayəsində xalqımız postmünaqişə dövründə yeni geosiyasi reallıqların formalaşdırıcısına çevrilmiş, regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təminatçısı statusunu qazanmışdır.

E.Abasov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyası yalnız hərbi qələbə ilə məhdudlaşmır, həm də ideoloji, iqtisadi və sosial sahələrdə sistemli islahatlar mərhələsinə keçidi təmin edir: “Bu gün müstəqil Azərbaycan dövləti regional güc mərkəzi kimi beynəlxalq münasibətlər sistemində öz maraqlarını milli təhlükəsizlik doktrinası və siyasi realizm prinsipləri əsasında həyata keçirir”.

O da qeyd olunub ki, bu kimi intellektual oyunların təşkili xüsusilə gənclərin elmi-təfəkkür potensialının artırılmasına, analitik düşüncə qabiliyyətinin və vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə verir.

Daha sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə sektor müdiri Vüqar Əliyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər. Onlar vurğulayıblar ki, bu cür layihələr gənclərin və təhsil işçilərinin vətənpərvərlik ruhunun güclənməsinə, intellektual potensialın inkişafına və milli dəyərlərin təbliğinə xidmət edir.

Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual oyunun qaliblərinə diplom və hədiyyələr təqdim olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri