Icma.az
close
up
RU
Pirallahıda “Zəfər günü” təntənə ilə qeyd edildi FOTOLAR

Pirallahıda “Zəfər günü” təntənə ilə qeyd edildi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən, “8 Noyabr - Zəfər Günü” ölkə ərazisində olduğu kimi, Pirallahı rayonunda da böyük təntənə ilə qeyd edilib.

"Unikal" xəbər verir ki, noyabr ayının ilk günlərindən etibarən rayonun bayram əhval-ruhiyyəsində bəzədilməsi üçün müxtəlif hazırlıqlar görülmüş, Gürgən qəsəbəsinin girişində, Qala Divarlarının üzərində və mərkəzi yol boyunca dövlət bayraqları asılmış, Zəfərimizin rəmzi olan “Xarı bülbül” emblemi bilbordlarda nümayiş etdirilmişdir. Eyni zamanda, mərkəzi küçələrdə yerləşən binaların eyvanlarında da şanlı bayrağımız asılmışdır.

Həftə ərzində rayonun təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliği məqsədilə silsilə tədbirlər və idman yarışları təşkil edilmiş, Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilmişdir. Bu tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları iştirak edərək çıxışlar etmişlər.

8 noyabr 2024-cü il tarixində isə Zəfər gününün təntənəli surətdə qeyd olunması üçün Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, Pirallahı rayonundan seçilmiş millət vəkili, YAP Pirallahı rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin iştirakı ilə “Vətən uğrunda” abidə kompleksinin qarşısında gülqoyma mərasimi keçirilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Daha sonra rayon məktəbliləri tərəfindən hazırlanan “Qarabağ Sən Azadsan!” flaşmobuna baxış keçirilmişdir. Yüksək əhval-ruhiyyədə keçirilən flaşmobda vətənpərvərlik ruhunda şüarlar səsləndirilmişdir. Tədbirlər Gənclər Mərkəzinin birinci mərtəbəsində 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilən “Zəfər Günü” mövzusuna həsr olunmuş 20 ədəd rəsm əsərindən ibarət sərgi ilə davam etmişdir. Sərgi maraqla qarşılanmışdır.

Daha sonra ümumrayon tədbirinin rəsmi hissəsi başlamışdır. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan mərasimdə RİH başçısı Vasif İmanov və millət vəkili Günay Əfəndiyeva çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqının şanlı Qələbəsi, 44 günlük Vətən müharibəsində əldə olunan zəfər, yalnız hərbi gücün və qətiyyətin deyil, həm də milli birliyin, əzmkarlığın və Vətənə sonsuz sevginin təntənəsidir. Bu zəfər xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin ən yüksək zirvəsidir və hər bir azərbaycanlı bu böyük qələbəni qürurla qeyd edir. Noyabrın 8-i tariximizdə əbədi olaraq qalacaq, çünki bu gün biz Azərbaycanın müstəqil və suveren dövlət olaraq qürurlu gələcəyinə əmin addımlayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər, həm də ərazi bütövlüyümüzün bərpası, milli ləyaqətimizin və gücümüzün nümayişidir. Bu müharibə göstərdi ki, Azərbaycan xalqı hər zaman öz torpaqlarını müdafiə etməyə, azadlığa sahib çıxmağa hazırdır. Həmçinin, vurğulanmışdır ki, bu zəfər şəhidlərimizin və qazilərimizin verdiyi müqəddəs savşla, qanla - canla qazanılmışdır.

Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi baş tutmuşdur. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən bədii hissə rəngarəng çıxışlarla yadda qalmışdır.

Sonda şəhid övladlarına hədiyyələr təqdim olundu və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, tədbir iştirakçıları, mədəniyyət xadimləri və uşaqlar birgə xatirə şəkli çəkdirdilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri