Pirşağı Novxanı yolunda da yerüstü keçid qurulur
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Avtomobil Yolları Dövlət Agentliyindən “XQ”yə verilən məlumata görə, Pirşağı-Xırdalan-Novxanı avtomobil yolu layihəsi çərçivəsində sözügedən yolun 19,5-ci kilometrində yerüstü piyada keçidi inşa edilir. İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 59,8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin eni isə 2 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid üstü açıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq. Layihə çərçivəsində piyada keçidinin sol və sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ dayaqlarının sütunlarının tikintisi işləri aparılır.
Bu mövzuda digər xəbərlər:Novxanı Pirşağı yolunda Shacman aşdı
28 Aprel 2026 11:17
Novxanı Pirşağı yolunda “Mercedes” aşdı VİDEO
02 İyun 2026 13:32
Novxanı Pirşağı yolunda ağır qəza Ölən var
09 May 2026 18:12
Novxanı Pirşağı yolunda ağır qəza 2 nəfər yaralandı
28 Sentyabr 2026 08:20
Pirşağı Xırdalan Novxanı M4 avtomobil yolunda piyada keçidi tikilir
15 Oktyabr 2025 13:24
Baxış sayı:131
Bu xəbər 01 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















