AFFA ya yeni departament direktoru TƏYİNATI
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib. Əli Verdiyev qurumun kommunikasiya sahəsinə rəhbərlik edəcək.
BAKU.WS-in məlumatına görə, Əli Verdiyev Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru təyin edilib.
Qeyd edək ki, yeni direktorun indiyədək həm yerli, həm də beynəlxalq şirkət və təşkilatlarda geniş iş təcrübəsi olub. O, "Philip Morris International", "NEQSOL Holding" və "Japan Tobacco International" şirkətlərində reputasiyanın idarə edilməsi və böhran kommunikasiyası istiqamətində çalışıb. Həmçinin "Uber Azerbaijan"da dövlət əlaqələri direktoru vəzifəsini tutub.
Əli Verdiyev Dünya Bankının Məşğulluğa Dəstək Layihəsində sosial mütəxəssis, Hesablama Palatasının Beynəlxalq Əlaqələr Departamentində direktor müavini olub. Bundan başqa, UNICEF-in müxtəlif strukturlarında tənzimləyici siyasət və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərib.
O, 2000-ci ildə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq üzrə bakalavr, 2012-ci ildə isə Xəzər Universitetində beynəlxalq biznes üzrə magistr təhsili alıb.
Xatırladaq ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri olmuş Murad Axundov oktyabrın 1-də vəzifəsindən ayrılıb.
Baxış sayı:89
Bu xəbər 05 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















