“Zəfər veloyürüşü”: Azərbaycan könüllüləri tarixi Qələbəni qürurla qeyd ediblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və “APAR”ın tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş “Zəfər veloyürüşü” keçirilib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, veloyürüşün əsas məqsədi xalqımızın qüdrətinin və milli qürurunun təcəssümü olan tarixi Zəfərin əhəmiyyətini vurğulamaq, onun yaddaşlarda əbədiləşdirilməsinə töhfə vermək, könüllü gənclər arasında vətənpərvərlik, milli birlik və həmrəylik ruhunu gücləndirmək, eləcə də sağlam həyat tərzini təşviq etmək olub.
Dövlət Bayrağı Meydanından start götürən Azərbaycan könüllüləri Dənizkənarı Bulvar ərazisində yerləşən velosiped yolları ilə hərəkət edərək Zəfər Parkına doğru istiqamət alıblar. Tədbir iştirakçıları bu təşəbbüs vasitəsilə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycan xalqının tarixi Zəfərinə və milli qüruruna bir daha diqqət çəkiblər.
Baxış sayı:129
Bu xəbər 05 Noyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















