Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

3 aylıq olanda nə baş veribsə xatırlayır

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Pis nümunə tez yoluxur

Pis nümunə tez yoluxur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rus cəmiyyətində etnik ayrı-seçkilik meyli nədən qaynaqlanır?

Böyük alman mütəfəkkiri, estet-filosof İmmanuel Kantın sözüdür: insanlar vərdiş halını almış hərəkət və davranışlarına görə xəcalət hissi keçirməyi yadırğayırlar. Bu isə rus xalqının zərb-məsəlidir: pis nümunə tez yoluxur”. İnsanın mənfi xüsusiyyətlərindən biri də pis istəklərə asanlıqla təslim olmasıdır. Amma təəssüf ki, o, bir çox hallarda içində oturub onu yönəldən cinə qarşı durmağa özündə güc tapa bilmir. Əksəriyyət bunu heç istəmir də...

Kənar müşahidəçiyə ilk baxışda elə görünə bilər ki, son vaxtlar Rusiya cəmiyyətində getdikcə artan etnik ayrı-seçkilik meyilləri narahatlıq doğurur. Amma, əslində, reallıq heç də bundan xəbər vermir. Kremlə yaxın siyasi isteblişmentin bəzi nümayəndələrində deyil, artıq sıravi ruslarda müşahidə olunan etnik dözümsüzlük, miqrantlara qarşı arzuolunmaz yanaşma zərərli, təhlükəli təmayüldən xəbər verir. Bu meyilin ünvanı ölkənin qeyri-rus milliyyətindən olan vətəndaşlarıdır. Onların yeganə “günahı” etnik mənşə və soyadları ilə bağlıdır.

Yekaterinburq şəhərində Yeni il bayramı günlərində baş verən olay azğınlığın növbəti təzahürü sayıla bilər. Tükürpədici olay bundan ibarətdir ki, şəhərin Dəmir yolu rayonunun administrasiya rəhbəri Vitali Perşin sosial şəbəkədə total təqib və təhqirlərlə üzləşib. Buna səbəb onun Rusiya vətəndaşı olan Azərbaycan əsilli bir ailənin uşaqlarının Yeni il arzularını yerinə yetirməsi – onlara hədiyyə verməsi olub. Bu barədə şəhər meriyası məlumat yayıb. Deməli, yeni il ərəfəsində Perşin “Arzular ağacı”ndan 3 uşağın istəklərinin yazıldığı şarları seçir. Azyaşlılar skuter, şirniyyat və əl işləri üçün dəst istəyirmiş. Onları sevindirən rayon rəhbəri Azərbaycan əsilli çoxuşaqlı ailə ilə çay süfrəsinə əyləşir, “V Kontakte” sosial şəbəkəsində bu barədə xəbər paylaşır. Buna cavab olaraq sosial şəbəkədə millətçi xarakterli şərhlər və təhqirlərlə müşayiət olunan çirkli kampaniya başladılır.

Bundan sonra müvafiq açıqlama vermək məcburiyyətində qalan meriya azərbaycanlı ailənin 20 ildən çox Rusiya vətəndaşı, çoxuşaqlı ailənin ən kiçik üzvünün isə eşitmə problemli əlil olduğunu yazır. Ailəsinə qarşı həqarəti götürməyən ata hədiyyələri administrasiya rəhbərinə qaytarmaq istəyir. Əsl həngamə bundan sonra başlayır. Məlumat digər sosial media platformalarında, o cümlədən millətçi kanallarda yenidən dərc edilir və hədiyyələrin niyə rus uşaqlarına deyil, “bəzi miqrantlara” verildiyinə dair qəzəbli ultimatumlar səslənir. Meriya rəsmiləri ailəni hədiyyələrin onlarda qalmasına razı sala bilirlər. Yuxarının göstərişi ilə təhqir və təhdid məzmunlu paylaşımlar da sosial şəbəkədən silinir.

Konkret bu hadisənin Rusiya cəmiyyətində etnik ayrı-seçkiliyin, milli zəmində dözməzliyin təhlükəli meylə çevrildiyini deməyə əsas verir. Əgər bu ölkədə hətta uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyələri belə etnik nifrət və təzyiqlərə səbəb olursa, bunu nə ilə izah etmək olar? Bu, nə beynəlxalq hüququn tələblərinə, nə də Rusiya və Azərbaycan arasında münasibətlərin miqyasına və xarakterinə uyğundur.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Rusiyada azərbaycanlılara, eləcə də qeyri-rus və digər xalqlara qarşı mənfi münasibətlə bağlı dedi: “Bu, imperiya təfəkkürü, postsovet dövründə formalaşmış etnik iyerarxiya, təhlükəsizlik ritorikası ilə şərtlənən yanaşmanın məhsuludur. Çoxmillətli dövlət olduğunu iddia edən Rusiya reallıqda bu müxtəlifliyi idarə etməyə borcludur. Sovet İttifaqı dağılandan sonra müstəqillik əldə etmiş keçmiş müttəfiq respublikalardan Rusiyaya gələn xalqlar, o cümlədən azərbaycanlılar, Mərkəzi Asiya türkləri artıq “ikinci növ insanlar” kimi təqdim olunur. Son illər Rusiyada güclənən ultramillətçilik bu prosesin ideoloji əsasını təşkil edir. Dövlətin rəsmi diskursunda “milli təhlükəsizlik” anlayışları ön plana çəkildikcə, qeyri-rus etnik qruplar bu konsepsiyanın əks tərəfində qalır”.

Deputat Rusiya hüquq-mühafizə orqanlarının qeyri-ruslara qarşı aqressiv münasibətini belə izah etdi: “Etnik mənsubiyyət əsasında profilaktik yoxlamalar, səbəbsiz saxlanmalar, zorakılıq halları, sənədlərlə bağlı məsələlərin qəsdən problemə çevrilməsi və rüşvət mexanizmləri bu siyasətin gündəlik təzahürüdür. Bu diskriminasiyanın səbəblərindən biri də daxili sosial-iqtisadi böhranın etnik faktor üzərinə yönəldilməsidir. Rusiya cəmiyyətində yoxsulluq, regionlararası bərabərsizlik, sosial proqramların həyata keçirilməsi ilə bağlı yaranmış çətinliklər və gələcəyə inamsızlıq fonunda narazılıq miqrantlara qarşı yönəlir. Ultramillətçiliyin çoxmillətli Rusiyada doğura biləcəyi nəticələr isə təhlükəlidir. Bir tərəfdən bu siyasət cəmiyyət daxilində etnik qarşıdurmanı dərinləşdirir, digər tərəfdən federativ quruluşun təməl prinsiplərini sarsıdır”.

* * *

Bu hadisə yadımıza ötən ilin yayında hakimiyyətin etnik təqiblərini, Azərbaycan diasporunun üzvlərini saxlayıb işgəncələrə məruz qoymasını salır. Səfərov qardaşlarının ölümü ilə nəticələnən qanlı reydlər həyata keçiriləndə Kremlin buyruqlu “bek-vokalistləri” ilə yanaşı, sıravi rusiyalılar da hökumətin bu qanunsuz hərəkətlərinə qahmar çıxaraq, azərbaycanlılara qarşı təhqir və təqiblərə qoşulmuşdular.

Mövzu ilə bağlı XQ-yə danışan siyasi şərhçi Azər Həsrət Rusiyada azərbaycanlılara qarşı haqsızlığın, zorakılığın artıq təəccüb doğurmadığını bildirdi: “Rusiyada həmişə qeyri-ruslara qarşı ikili münasibət olub. Cəmiyyətdə qeyri-ruslara etnik nifrəti qızışdıranların məqsədi bəllidir. Amma sıravi rusların bu cür avantüralara getməsinə heç cür haqq qazandırmaq mümkün deyil”.

Sonda onu deməyə əsasımız var ki, Rusiyada azərbaycanlılara və digər qeyri-rus xalqların nümayəndələrinə qarşı diskriminasiya, əslində, Rusiyanı heç də gücləndirmir, əksinə, cəmiyyəti daxildən parçalayır, sosial problemləri daha da dərinləşdirir.

İmran BƏDİRXALI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1097

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see594

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see341

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see318

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see317

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see316

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see310

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see268

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see242

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see196

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see193

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see189

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see189

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see188

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see180

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see175

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri