Icma.az
close
up
RU
PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PISA-da "Sinqapur sindromu”

PISA nəticələrinə baxanda artıq neçə illərdir,  eyni mənzərə ilə qarşılaşırıq: Sinqapur yenə zirvədədir. İlk üçlükdə, ilk beşlikdə və çox zaman birinci yerdə… Bəli PISA 2025-də də Sinqapur birincidir. 

Mənə görə, Sinqapurun bu nəticəsini sadəcə "dünyanın ən yaxşı təhsil sistemi” ifadəsi ilə izah etmək məsələyə çox sadə yanaşmaqdır. Burada diqqətdən qaçırdığımız ən azı iki ciddi amil var.

Birinci amil: Sinqapur PISA-nı sadəcə ölçmə vasitəsi kimi görmür. Sinqapurda təhsil sistemini araşdırdığım, məktəblərdə olduğum və mütəxəssislərlə söhbət etdiyim zaman aldığım rəylərdən biri xüsusilə diqqətimi çəkmişdi: "Biz PISA formatlı sualları birbaşa təhsilə gətirmişik. Təhsil sistemimiz PISA yönümlüdür. Nə olur-olsun, nəticə verməliyik.”

Hətta bu istiqamətdə ayrıca hazırlıq və repetitorluq fəaliyyəti də formalaşıb. Sanki ölkə özünü beynəlxalq təhsil yarışında hiss edir və bu yarışın qaydalarını çox yaxşı öyrənib. Bu, mənim üçün çox vacib məqamdır. Çünki PISA əvvəlcə təhsil sisteminin nəticəsini ölçmək üçün yaradılmış bir vasitədir. Amma əgər zaman keçdikcə təhsil sistemi özünü həmin ölçmə vasitəsinin məntiqinə uyğunlaşdırırsa, burada maraqlı bir paradoks yaranır: PISA artıq təhsili ölçür, yoxsa təhsil PISA-da yüksək nəticə göstərmək üçün formalaşır?

Elə buna görə də, mən buna şərti olaraq "Sinqapur sindromu” deyərdim. Amma Sinqapurun yüksək nəticələrini izah edə biləcək ikinci və daha az müzakirə olunan bir amil də var: Sinqapurun demoqrafik və sosial-iqtisadi quruluşu.

2025-ci ilin rəsmi statistikasına görə Sinqapurun ümumi əhalisi 6,11 milyon nəfərdir. Bunun 3,66 milyonu Sinqapur vətəndaşı, 540 mini daimi rezident, 1,91 milyonu isə qeyri-rezident əcnəbidir.

Başqa sözlə, ölkə əhalisinin təxminən 31%-i qeyri-rezident əcnəbilərdən ibarətdir. 

Amma PISA baxımından daha maraqlı fakt ümumi əhali statistikası deyil. OECD-nin PISA məlumatları məsələnin birbaşa şagirdlər arasında da özünü göstərdiyini sübut edir.

PISA 2022-də Sinqapurda qiymətləndirilən 15 yaşlı şagirdlərin 28,6%-i miqrant mənşəli olub. Müqayisə üçün deyim ki, 2012-ci ildə bu göstərici 18% idi. Yəni cəmi on il ərzində PISA iştirakçıları arasında miqrant mənşəli şagirdlərin payı ciddi şəkildə artıb. Sinqapur bu göstəriciyə görə PISA-da iştirak edən 80 ölkə və iqtisadiyyat arasında ilk onluqdadır. Amma bundan da maraqlısı həmin uşaqların sosial-iqtisadi profilidir.

OECD bildirir ki, Sinqapurda miqrant mənşəli şagirdlər yerli şagirdlərlə müqayisədə daha əlverişli sosial-iqtisadi mövqeyə malikdirlər. Ümumi şagirdlərin 25%-i sosial-iqtisadi baxımdan əlverişsiz qrupa daxil olduğu halda, miqrant mənşəli şagirdlər arasında bu göstərici cəmi 15%-dir.  Və indi ən maraqlı rəqəmlərə baxaq. Riyaziyyatda miqrant mənşəli şagirdlər yerli şagirdlərdən orta hesabla 30 PISA balı yüksək nəticə göstəriblər.

Hətta sosial-iqtisadi üstünlüklər statistik olaraq nəzərə alındıqdan sonra belə miqrant şagirdlərin 15 ballıq üstünlüyü qalır. 

Oxu savadlılığında da oxşar mənzərə var.

Miqrant mənşəli şagirdlər oxuda yerli şagirdlərdən orta hesabla 12 bal yüksək nəticə göstəriblər. Doğrudur, sosial-iqtisadi vəziyyət nəzərə alındıqdan sonra oxudakı bu fərq statistik əhəmiyyətini itirir. Bu isə əslində başqa mühüm məqamı göstərir: yüksək nəticənin müəyyən hissəsi məhz həmin ailələrin sosial-iqtisadi imkanları ilə əlaqəlidir.

Üstəlik, məsələ yalnız miqrantlarla da bitmir. OECD məlumatına görə, Sinqapurda PISA iştirakçısı olan şagirdlərin 50%-i beynəlxalq sosial-iqtisadi şkalanın ən üstün 20%-lik qrupuna daxildir. Yəni Sinqapurun PISA iştirakçılarının yarısı dünyadakı PISA şagirdləri arasında sosial-iqtisadi baxımdan ən üstün beşdəbirlik təbəqədədir. 

Bu, məncə, Sinqapurun nəticələrini qiymətləndirərkən üzərindən keçilə biləcək kiçik detal deyil. Deməli, qarşımızda eyni zamanda bir neçə üstünlük var: PISA məntiqinə illərlə uyğunlaşdırılmış təhsil sistemi + yüksək sosial-iqtisadi göstəricilərə malik şagird kontingenti + böyük və sosial-iqtisadi baxımdan üstün miqrant şagird qrupu.

Bütün bunlardan sonra Sinqapurun nəticələrini Azərbaycan kimi tamamilə başqa demoqrafik, sosial və iqtisadi quruluşa malik ölkə ilə yalnız bir rəqəm və bir sıra üzərindən müqayisə etmək nə qədər doğrudur?

Mən Sinqapurun uğurunu kiçiltmirəm. Əksinə, orada qurulan sistemin intizamı, məqsədyönlülüyü və nəticəyönümlülüyü öyrənilməlidir.

Amma PISA cədvəlinə baxıb sadəcə "Sinqapur birincidir, deməli onun təhsil sistemi ən yaxşıdır” demək elmi təhlil deyil. Çünki PISA balının arxasında təkcə məktəb dayanmır.

Ailə dayanır. Sosial-iqtisadi vəziyyət dayanır. Miqrasiya siyasəti dayanır. Ölkənin insan kapitalı dayanır. Təhsil mədəniyyəti dayanır. Və nəhayət, həmin ölkənin PISA-nın özünə necə hazırlaşdığı dayanır.

Ona görə də məncə, PISA nəticələrini müzakirə edərkən əsas sualımız yalnız: "Kim neçə bal topladı?”olmamalıdır. Əsas sual budur:

"Kim, hansı şərtlər altında və hansı şagird kontingenti ilə bu balı topladı?”

Sinqapur nümunəsi bizə məhz bunu göstərir. Və bəlkə də "PISA-da Sinqapur sindromu” dediyimiz məsələ elə budur: bir qiymətləndirmə sistemi uzun müddət ölkələrin təhsilini ölçür, sonra isə bəzi təhsil sistemləri həmin qiymətləndirmədə uğur qazanmağın özünü öyrənir.

Mən isə bu duruma düşməkdın qorxuram. Çünki Sinqapur kimi PİSA eyforiyasına qapılmaq yanlışdlr, hər təbii yolla inkişaf etdirilməli və xıtalar aradan qaldırılmalıdır. 

Birdən məqsədimiz PİSA da yaxşı yerdə olaq deyə, təhsilin üzünü ora döndərərik, sonra bur repetitirluq da burda başlayar, demədi, deməyin. 

Dosent Şəmil Sadiq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Sentyabr 2026 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri