Icma.az
close
up
RU
525ci qəzet İçki düşkünü və seyid Şəmil Sadiq yazır

525ci qəzet İçki düşkünü və seyid Şəmil Sadiq yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Şəmil SADİQ

Bizim kənddə bir seyid vardı...

Dayanın görək, niyə bizim kənddə olur ki? Elə sizin kənddə olsun. Yəni bu yazını oxuyan hər kəsin... Belə baxanda bütün kəndlərdə haqqında danışacağım bu seyiddən olub; elə indi də var. Hekayənin xarakterinə uyğun deyim ki, bizim kənddə bir seyid vardı və belə elədi, elə elədi, siz də elə başa düşəsiniz ki, sizin kənd bu mövzudan xalidir. Elə şey yoxdur.

Elə sizin kənddə bir seyid vardı...

Sizin kəndliniz olan dostum danışıb əhvalatı. Gülüb qurtarandan sonra dedim ki, nə hekayəlik mövzudur... Dostum and-aman elədi ki, bəs ayıbdır, seyid sağdır, tanıyan-bilən olar, yaxşı çıxmaz. İzah edə bilmədim ki, adlar şərti olacaq, kəndinizin adını yazmayacağam. Dostum qəbul etmədi ki, etmədi. Ona görə də nə yaza bilirəm, nə unuda. Nə edim, yazmaq mənim peşəmdir axı, neçə gündür, mövzu məni girinc qoyub. Lap təmsildəki Əqrəb kimi bu da mənim peşəmdir, ay dost, dözə bilmərəm, keç günahımdan... Yaza bilməməyimin birinci səbəbi bu dediyim olsa da, ikinci səbəbi var: necə yazım ki, günümüzün az oxuyan, kaprizli oxucusuna, yəni sizə maraqlı gəlsin. Qısa və yığcam yazmağa həm vicdanım əl vermir, həm də sizə hörmətim. Deyəcəksiniz ki, nə yekəlikdə kişidir, yazdığı hekayəyə bax. Hanı bunun məcazları, təşbehləri, aforizmləri... Elə quru-quru yazıb yola vermiş kimi olacaq. Uzun yazacağam, deyəcəksiniz ki, müasir dünyada hekayələr yığcam olur. Lazımsız təsvirlərlə uzatmağa gərək yoxdur, keç mətləbə. Qısa cümlələrlə yazılmış əsas fikir önəmlidir. Ay nə bilim, ədəbiyyat belə dəyişib, elə dəyişib-filan.

Ona görə də "Süjeti necə qurum ki, sizə də xoş gəlsin, mənim də ürəyimdən olsun?" düşünə-düşünə qalmışdım. Hə, bir də süni intellekt var ha-a, o da başlayıb hekayə yazmağa. Aylarla düşündüyümüz, yazmağa cəsarət etmədiyim mövzunu bir dəqiqədə qaralayıb atır adamın üstünə, heç vecinə də deyil, kimsə bəyənəcək, ya yox. Duyğusuz rəqib... Amma bəzən yaxşı da yazır, etiraf edim. Ona görə adam yazmağa qorxur ki, kimsə deyəcək, süni intellekt yazıb.

Gələk Seyidə... Adam həyatın ironiyasına heyran qalır; süni intellektdən danışırıq, süni intellektlə əlləşirik, min ilin tör-töküntüsü olan seyidlərin əllaməliyini görürük. Bu seyid ki var, hamımız onu yaxşı tanıyırıq, hamımızın hökmən qonşuluğunda, kəndində, ya da rayonunda var. Bu Seyid toyda, yasda əli cibində fırlanır, hamıya gülümsəyir, dua edir, hal-əhval tutur, atasına rəhmət oxuyur, anasına cansağlığı diləyir. Arada elə qəşəng "Allah ananın canını sağ eləsin, yaxşı arvaddır" deyir ki, adamın, az qala, papağı yerindən oynayır. Amma Seyidi tanıyanlar bilir ki, zərrə qədər pis şey ağlına gətirməz, nə var, dilindədir. Kiminin kəndində ələm gəzdirər, kiminin kəndində mollalıq edər, kiminin kəndində müdrik qoca kimi təsərrüfatla məşğul olar, kiminin kəndində qəbiristanlıqda fırlanıb üç-beş manata əşr oxuyar. Amma adamın Allahı var, elə bilərsiniz, bu seyid dilənçi-zaddır ha-a. Qətiyyən yox, əsl seyidlər heç zaman kimdənsə açıq-açığına pul istəməz, amma elə şərait yaradar ki, özün cibinə pul basarsan, evinə sovqat göndərərsən. Düzdür, sovqat işinə qadınlar baxır, amma yenə də görürsən ki, arada kişilər də edir.

Son vaxtlar "donqili" seyidlər peyda olub orijinalları da gözdən salır. Dili ilə nəzir istəyənləri nəzərdə tuturam; biz də seyid deyib yola salırıq.

Bağışlayın, hələ də mətləbə keçə bilmirəm, elə bilməyin, yalandan mətləbi uzadıb özümü yazıçı kimi göstərməyə çalışıram. Yox, vallah. Sadəcə söz-sözü gətirir deyə əsas mövzu qalır sonraya.

Bizim kənddə - bax bu dediyim, həqiqətən, bizim kənddə olub. Hə, bizim kənddə içki düşkünü var. O qədər yaxşı adamdır ki, ona "əyyaş" deməyə dil gəlmir. Siz burada dilimizin gözəlliyinə, təvazökarlığına da fikir verin hökmən. "İçki düşkünü" kəlməsi "əyyaş"dan nə qədər zərif, mədəni, pozitiv kəlmədir. Adam sevdalısına düşkün olar, indi o müqəddəs suya da düşkün olanda olurlar içki düşkünü. "Əyyaş" ağır kəlmədir. Ona görə də qəhrəmanımıza "içki düşkünü" deyək. Hə, sözüm odur ki, bu adam işləmir, ailəsindən ayrılıb, illərdir, uçuq-sökük daxmada tək yaşayır. Günün istənilən vaxtı içkili olur. Çox baməzə adamdır, beş dəqiqəlik söhbəti ilə feyziyab olar, gülər, özünüzü xoşbəxt hiss edərsiniz. Elə bu da Seyid kimidir. Amma bununku artistlik deyil, düzünəqululuqdur. Zarafatını da edər, ürəyi istəsə, içkisinin vaxtı çatsa, "Oradan bir yüz al görüm" də deyər. Sonra vəssalam, "sağ ol" deyib "zakuskasız" içdiyinə görə iki barmağı ilə burnunu tutub, iyləyib gedər. Amma kişi adamdır, bilməzsən, onu görəndə çıxarıb cibinə pul qoyarsan, sənə elə xəcalət verər ki, üzünə baxa bilməzsən. Deyər, "Bəyəm mən dilənçiyəm, mənə pul verirsən? Lazım olsa, özüm istəyərəm". Hətta o yüz qramlıq istəyibsə, sən iki yüz qramlıq verirsənsə, onu da götürməz. Bir dəfə məni də utandırdı. Dedi ki: "İndiyə qədər bu kənddə hər gün içən təkcə mən idim, indi üç-dörd nəfər peydə olub. Arağı gözdən salırlar, içib orada-burada yatırlar, hamıdan pul istəyirlər, biabırçılıq edirlər... Belə olmaz axı, bunun da bir "kultura"sı var, ya yox? Ona görə də mən adıma xələl gətirə bilmərəm".

Yəni deməyim odur ki, seyidlər də belə olur, gənc seyidlər sırtıqlıq edir, lap ağın çıxarırlar. Helmləri yoxdur, ona görə belə görünürlər. Sədəqə almağın da bir ədəbi, ərkanı, necə deyərlər, marketinq üsulu olmalıdır...

Ürəyiniz partlamasın, danışıram, söz verirəm, bu dəfə hekayəyə müdaxilə eləməyəcəm.

Bizim bu dostumuz Ələsgər deyir ki, bizim kənddə bir seyid var, bir ara bələdiyyə sədri də olmuşdu. Açığı, birinci dəfədir ki, bələdiyyə sədri olan seyid eşidirdim deyə tez soruşdum ki, necə yəni, seyiddir, özü də, bələdiyyə sədridir? Dedi, vallah, hə. Sədrdir, amma savadsızın biridir. Sonra da atdılar çölə. Nə isə, di qulaq asın. Bir gün mənə zəng edib ki, Ələsgər, necəsən, nə var, nə yox? Açığı, əlimdə işim var, niyə zəng elədiyini də bilirəm, çünki aylığının vaxtıdır. Arada yubananda zəng vurub dua-filan edib xatırladır. Ona görə də başımdan eləmək istəyirdim ki, pulunu göndərəcəyəm, narahat olma. Dedi: "Ələsgər, hələ bir dayan, gör nə deyirəm, dünən gecə rəhmətlik kişini yuxuda görmüşəm. Rəhmətlik elə nurlu görünürdü, gəl görəsən. Ad günündə aldığın boz kostyum vardı ha, onu geyinmişdi, o məşhur kəmərini də bağlamışdı. Ayaqqabıları par-par yanırdı. Həyatda necə idi, elə görünürdü". Nəsə hiss etdim ki, bu dəfə vəziyyət ağırdır, çünki mövzu dərindir, sən öl. Deyir: "Ələsgər, kişi durmuşdu düz çayın qırağında, amma sən balaca idin. Məni görəndə elə sevindi. Dedi: "Seyid, səni Allah yetirib. Gəl bu uşağı çayın o tərəfinə keçir, mənim üstüm təzədir. Sənə üç yüz manat verəcəyəm". Soruşdum ki, sən nə elədin, Seyid? "Nə edəsiyəm? - dedi, - Ağsaqqal adamın sözün yerə salacağam? Uşaq vaxtı da sən pota idin axı, yadındadır? Birtəhər aldım dalıma, keçirdim o taya. Qayıdırdım ki, pulu alım, dedi: "Ələsgərin özündən alarsan". Qəfil də yox oldu. Mən də elə bu dəm yuxudan ayıldım. Rəhmətlik gözümün qabağından getmir. İndi istəməsin, səni də çox istəyirdi axı. İndi, Ələsgər, o kişi "şüğülzümmə" (xəcalətli, günahkar - red.) qalmasın deyə səhər açılan kimi sənə dedim. Adamın ruhu o dünyada narahat olar. Ömrü boyu heç kimə borclu qalmayan adam idi. "Ələsgərin özündən alarsan" demişdi ha-a, yoxsa dilimə də gətirməzdim.

Ələsgər danışa-danışa gülməkdən gözlərindən yaş gəlirdi. Dedim: "Məni dolama, kartını at, işim-gücüm var". "Bu dəqiqə", - deyib telefonu söndürdü. Xasiyyətini bildiyim üçün tez göndərdim ki, əl çəksin, yoxsa yenə zəng edəcəkdi. Kartına yüz əlli manat atıb təzəcə işə başlamışdım ki, yenə zəng elədi: "Qardaş, bə bu yüz əlli manatdır axı, kişinin borcu üç yüz idi".

Sizcə, Ələsgər nə desə, yaxşıdır? Hazırcavab və şirin zarafatlarından qalmayan dostumuzdan biz də soruşduq ki, nə dedin? Deyir: "Day heç nə, dedim: "Yüz əlli də özündən alarsan..."

Seyid telefonda bir müddət susdu. Elə bil onun da zarafat üçün söz tapmağa həvəsi yox idi. Sonra səsini bir az qalınlaşdırıb dedi: "Ay Ələsgər, bəs o dünyada necə cavab verəcəyəm? Soruşacaqlar ki, Seyid, Ələsgərin borcunu niyə yarımçıq alıb keçdin? Qiyamət günündə nə üzlə baxım rəhmətlik kişiyə?"

Ələsgər də deyir, "Bunu eşidəndə özümü saxlaya bilmədim, gülməkdən, az qala, boğulurdum. Amma nə etmək olar, belə seyidi olan kənddə yaşamaq özü nemətdir".

"Mən ölüm, sən nə dedin?" - soruşdum. Artıq məclisdə hamı gülür, söhbətin axırını gözləyirdi.

Dedim: "Ay Seyid, narahat olma, qiyamətə qədər yüz əllini verə bilməsəm, o dünyada üz-üzə gələndə kişinin özündən istəyərsən. Onsuz, adımı çəkəndə məni də yanınıza çağıracaqlar. Mən də yüz əllini orada verərəm".

Bu dəfə Seyid də dayana bilməyib qəhqəhə çəkdi: "Ay Ələsgər, sən Allah, zarafat etmə. O dünyada işimiz çətin olar. Sən cənnətə gedərsən, yəqin, amma mən cəhənnəmə-zada düşərəm, gözüm qalar dalınca. Gəl elə bu dünyada bir yolunu tapaq da".

Hamımız gülüşdük. Amma Ələsgər deyir ki, o gün Seyidin zəngi mənə ibrət dərsi verdi: kənddə seyid də lazımdır, içki düşkünü də. Yoxsa həyat çox darıxdırıcı olardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri