Icma.az
close
up
RU
Pişik səhvən təyyarədə qaldı, 24 saat ərzində üç uçuş etdi FOTO

Pişik səhvən təyyarədə qaldı, 24 saat ərzində üç uçuş etdi FOTO

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Mittens adlı pişik səhvən təyyarədə unudulduqdan sonra təsadüfən tez-tez uçan şəxsə çevrilib.

Manset.az Associated Press Agentliyinə istinadən xəbər verir.

Mittens adlı pişik öz qəfəsində təyyarənin yük yerində unudulub.  O,təsadüf nəticəsində təyyarə sərnişininə çevrilib və Yeni Zelandiya ilə Avstraliya arasında 24 saat ərzində üç uçuş edib.

Təyyarənin yerüstü xidmət işçiləri pişiyin sahibəsi Neas adlı xanıma xəbər edib ki, Göyərtəsində Mittensin olduğu təyyarə Yeni Zelandiyaya qayıdıb. Geri dönüş havada təxminən 7,5 saat davam edir.

 “Öz özümə dedim ki, bu necə ola bilər? Bu necə baş verə bilər? Aman Allahım,” - Neas söyləyib.

Neas əlavə edib ki, Air New Zealand pilotuna uçuş zamanı əlavə sərnişin haqqında məlumat verilib və o, Mittens-in rahatlığını təmin etmək üçün yük bölməsində istiliyi işə salıb. Neasa deyiblər ki, yük yerinə qoyulmuş əlil arabası Mittensin qəfəsinin qarşısını kəsib. Odur ki, qəfəsi görməyiblər.

Neas daha sonra vurğulayıb: "Bu hadisə Melburndakı yeni həyatımız üçün əla başlanğıc olmadı, çünki ailəmiz bir yerdə deyildi, biz tam deyildik".

Mittens bir qədər arıqlayıb, lakin heç bir zərər görməyib.

"O, tez mənim qucağıma qaçdı, mənə qısıldı və bütün zamanların ən böyük qucaqlaşmasını etdi." - Neas deyib. "Bu, sadəcə olaraq bir rahatlanma idi."

Air New Zealand Mittensin səyahəti ilə bağlı bütün xərcləri ödəyəcək və yaranan sıxıntıya görə üzr istəyib, aviaşirkətin açıqlamasında deyilir.

Aviaşirkətin sözçüsü Alisha Armstronq, "Bunun bir daha təkrarlanmamasını təmin etmək üçün Melburndakı yerüstü xidmətimizlə sıx işləyəcəyik" deyib.

Bu arada Neas qeyd edib ki, Mittens, sadəcə, bir mehriban ev heyvanı deyil, "o indiyə qədər olmuş ən sevimli heyvandır".

"Pişik indi istədiyi qədər nəvaziş görür, çünki biz onu geri qayıtmasından sonra tamamilə rahatlaşmışıq."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 22 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri