Icma.az
close
up
RU
Piylənmə Kuşinq xəstəliyinin simptomu ola bilər

Piylənmə Kuşinq xəstəliyinin simptomu ola bilər

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ağır neyroendokrin xəstəlik əksər hallarda 25-40 yaşlar arası qadınlarda inkişaf edir.

Xəstəliyin inkişaf etmə səbəbləri indiyə kimi məlum deyil. Bəzən xəstəlik beyin travmalarından və beyin infeksiyalarından sonra inkişaf edir. Hipofizin (beyində yerləşən vəz) şişləri də bu xəstəliyin inkişafına səbəb ola bilər.

Bu xəstəlik zamanı hipotalamus, hipofiz və böyrəküstü vəzilər arasında olan əlaqə pozulur. Hipotalamus hipofizin fəaliyyətini həddən artıq stimullaşdırır. Hipofiz qana çoxlu miqdarda xüsusi hormon ifraz edir ki, bu hormon böyrək üstü vəzilərin funksiyasını artırır. Nəticədə böyrəküstü vəzilər həddən artıq miqdarda kortikosteroidlər hormonları  ifraz edir. Orqanizmdə kortikosteroidlərin artıq olması bütün mübadilə proseslərini  pozur.

Xəstəliyin simptomları:

- piylənmə. Piy çiyinlərdə, qarın, üz nahiyəsində, süd vəzilərində, beldə yığılır. Xəstələrin bədəni kök, ayaqları və qolları isə nazilk olur. Xəstənin üzü yumru olur, yanaqları qızarır.

- dəridə qırmızı və tünd-qırmızı zolaqların, göyərmələrin əmələ gəlməsi

- əzələ zəifliyi

- sümüklərin kövrək olması (xəstələrdə tez-tez sınıqlar olur)

- arterial təzyiqinin artması

- immun sisteminin zəifləməsi

- şəkərli diabetin, hipertoniyanın inkişafı

- həddən artıq tükləmə (qadınlarda üz nahiyəsində tükləmə olur - "bığ" və "saqqal" çıxır)

- qadınların menstrual funksiyası pozulur, sonsuzluq inkişaf edir, kişilərdə impotensiya inkişaf edir.

Bu xəstəliyin müalicəsi ilə endokrinoloq məşğul olur. Xəstə müayinə olunur, qanda hormonların səviyyəsi təyin olunur, beyinin KT, MRT müayinəsi aparılır.

Müalicə zamanı dərman preparatları, şüa terapiya, cərrahi müalicə istifadə oluna bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri