Icma.az
close
up
RU
Piylənmənin müalicəsində yeni dövr: Arıqlama həbi satışa çıxarıldı

Piylənmənin müalicəsində yeni dövr: Arıqlama həbi satışa çıxarıldı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Piylənmənin müalicəsində istifadə olunan preparatın tablet forması Almaniyada apteklərdə satışa təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, Danimarkanın "Novo Nordisk” şirkəti tərəfindən hazırlanan, aktiv maddəsi semaglutid olan dərman yalnız böyüklər üçün təsdiqlənib və həkim resepti ilə istifadə edilə bilər.

Sentyabrın 1-dən etibarən Almaniya apteklərində satışa çıxarılan tabletin qiymətinin doza və qablaşdırmadan asılı olaraq 170-280 avro arasında dəyişəcəyi gözlənilir. Almaniya Avropa İttifaqında iyul ayında təsdiqlənən Wegovy tabletinin satışa təqdim edildiyi ilk ölkə olub.

Həb formasında da inyeksiya formasında olduğu kimi semaglutid maddəsindən istifadə edilir. Bu maddə toxluq hissi ilə əlaqəli bağırsaq hormonlarının təsirini təqlid edərək iştahanın azalmasına kömək edir.

Həbin effektivliyi OASIS-4 klinik tədqiqatında araşdırılıb. 64 həftə davam edən araşdırmada semaglutid qəbul edən artıq çəkili böyüklərdə orta hesabla 13,6 faiz çəki itkisi müşahidə olunub.

Müqayisə üçün, preparatın inyeksiya formasının 72 həftəlik istifadəsini əhatə edən araşdırmada çəki itkisinin təxminən 19 faizə çatdığı bildirilib.

Mütəxəssislərin sözlərinə görə, preparatın istifadəsi zamanı xüsusilə ürəkbulanma və ishal kimi mədə-bağırsaq yan təsirləri yarana bilər. Daha ciddi fəsadlar, o cümlədən pankreatit riski də qeyd olunur.

Bu səbəbdən mütəxəssislər həbin yalnız həkim nəzarəti altında qəbul edilməsini tövsiyə edirlər.

Alman Diyabet Cəmiyyətinin rəhbəri Julia Szendrödi isə piylənmə dərmanlarının müstəqil arıqlama vasitəsi kimi deyil, xroniki xəstəlik olan piylənmənin müalicə üsullarından biri kimi qiymətləndirilməli olduğunu bildirib. Onun sözlərinə görə, dərman müalicəsi balanslı qidalanma və müntəzəm fiziki aktivliklə dəstəklənməlidir.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see253

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see237

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see237

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see233

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see233

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see232

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see212

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see211

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see210

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see208

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see202

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see201

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see198

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see196

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see189

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see180

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see177

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri