Icma.az
close
up
RU
Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır

Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“NEJM Evidence” jurnalında dərc olunan və Cons Hopkins Universitetinin rəhbərlik etdiyi genişmiqyaslı bir araşdırma piylənmənin, xüsusilə də ağır piylənmənin (III sinif) sağlamlıq üçün ciddi təhlükə yaratdığını ortaya qoyub.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda piylənmə ilə 16 müxtəlif sağlamlıq problemi arasında güclü əlaqə aşkar edilib. Bu nəticələr piylənmənin təkcə bir neçə xəstəliklə deyil, müxtəlif orqan sistemlərini əhatə edən geniş spektrli sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərir.

Araşdırma ABŞ Milli Sağlamlıq İnstitutlarının dəstəklədiyi “Hamımız” tədqiqat proqramı çərçivəsində aparılıb. Proqramda iştirak edən 270 657 nəfərin sağlamlıq qeydləri, bədən ölçüləri və sorğu nəticələri təhlil edilib. İştirakçılar bədən kütlə indeksi (BKİ) əsasında normal çəki, artıq çəki və piylənmənin I, II və III dərəcələri üzrə qruplaşdırılıb. Əvvəlcədən müəyyən edilmiş 16 sağlamlıq vəziyyəti – o cümlədən hipertoniya, II tip diabet, ürək-damar xəstəlikləri, osteoartrit, astma, qaraciyər və böyrək xəstəlikləri, obstruktiv yuxu apnesi kimi hallar – piylənmənin müxtəlif səviyyələri ilə əlaqələndirilib. Xüsusilə III dərəcəli piylənmə olan şəxslərdə bu xəstəliklərin yaranma riski kəskin şəkildə yüksəlib.

Məsələn, obstruktiv yuxu apnesi riski 10,94 dəfə, II tip şəkərli diabet riski 7,74 dəfə, metabolik disfunksiya ilə əlaqəli qaraciyər xəstəliyi riski 6,72 dəfə artıb. Astma, osteoartrit və aterosklerotik ürək-damar xəstəlikləri üçün də risklər artmış, lakin nisbətən daha zəif olub. Maraqlıdır ki, bu əlaqələr yaş, cins, irq və sosial-iqtisadi statusdan asılı olmayaraq ardıcıl şəkildə müşahidə edilib.

Araşdırma göstərib ki, obstruktiv yuxu apnesi hallarının 51,5 faizi, metabolik qaraciyər xəstəliklərinin 36,3 faizi və osteoartrit hallarının 14,0 faizi piylənmə ilə əlaqəlidir. Tədqiqatçılar vurğulayırlar ki, piylənmə səviyyəsi yüksəldikcə sağlamlıq nəticələri ilə əlaqəli risklər də artır. Bu isə ABŞ-da 2030-cu ilə qədər yetkinlərin yarısının klinik olaraq piylənmə kateqoriyasına düşəcəyinin proqnozlaşdırıldığı bir vaxtda ictimai sağlamlıq üçün ciddi siqnal olaraq dəyərləndirilməlidir.

Tədqiqatın nəticələri piylənmənin yaratdığı sağlamlıq yükünün daha əhatəli qavranılmasını təmin edir və həm fərdi, həm də dövlət səviyyəsində profilaktik tədbirlərin gücləndirilməsinə ehtiyac olduğunu göstərir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 İyun 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri