Icma.az
close
up
RU
PKK nın sonu: Türkiyə və türk dünyası üçün tarixi fürsət

PKK nın sonu: Türkiyə və türk dünyası üçün tarixi fürsət

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün Türkiyə tarixində önəmli bir dönüş nöqtəsi yaşanır. PKK illərlə davam edən qanlı mübarizədən sonra rəsmi şəkildə silahı yerə qoyur. Bir neçə ay davam edən dialoqların nəticəsi olaraq qəbul edilən bu qərar yalnız Türkiyə üçün deyil, bütövlükdə region və türk dünyası üçün mühüm geosiyasi və təhlükəsizlik perspektivləri açır. Ona görə də bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çının silahlarını təhvil verəcəyi məqama yönəlib. 20-30 nəfərlik PKK-çı qrup silahları təhvil verəcək və gəldikləri bölgəni silahsız tərk edəcəklər. Onlarla birlikdə PKK və Kürdüstan İcmalar İttifaqı rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar. Aralarında Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvlərinin də olduğu bir qrup siyasətçi və ictimai fəal PKK-nın Süleymaniyyə şəhərində planlaşdırılan tərk-silah prosesini izləmək üçün İraqa yollanıblar.

Bəs PKK-nın silahı yerə qoyması Türkiyə və region üçün hansı perspektivlər vəd edir?

PKK-nın fəaliyyətləri nəticəsində onminlərlə insan həyatını itirib, yaralanıb və ailəsindən oğurlanıb dağlara, mağaralara qaçırılıb. Bu da ölkənin iqtisadi, sosial və psixoloji strukturlarında, ələlxüsus cəmiyyətdə dərin yaralara yol açıb. Bu gün silahların susmasıyla Türkiyə yalnız təhlükəsizliyini deyil, həm də daxili birliyini bərpa etmək üçün tarixi bir imkana sahib olur. Xüsusilə cənub-şərq bölgəsində inkişaf layihələrinin sürətlənməsi, investisiya axını və sosial inteqrasiya siyasəti artıq potensial olaraq real müzakirə mövzusuna çevrilir.

Region üçün mesaj: Silah yox, dialoq

PKK-nın tərk-silahı Yaxın Şərqdə illərlə davam edən silahlı qrupların əsas oyunçuya çevrildiyi bir mühitdə ümidverici nümunədir. Bu proses göstərdi ki, hətta ən köklü və silahlı təşkilatlar belə, müəyyən siyasi və sosial zəmin yaradıldıqda danışıqlar masasına gətirilə bilər. Bu hadisə eyni zamanda bölgədəki digər separatçı və radikal qruplara məqsədlərinə çatmağın mümkünsüz olduğu mesajını verir. Ona görə də Türkiyənin PKK problemini arxada qoyması, daha güclü inteqrasiya üçün əlverişli mühit yaradır. Təhlükəsizlik yükünün azalması, diplomatik və iqtisadi fəallığın artmasını, həm də birgə müdafiə təşəbbüslərinin sürətlənməsini mümkün edir. Türkiyə-Azərbaycan əməkdaşlığının daha da dərinləşdiyi, Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçməsinin daha da reallaşdığı dövrdə terror qruplaşmasının ləğvi, həm də Azərbaycan ərazisində terrora-separatizmə son qoyulandan sonra, yeni dövrdə daha real və mümkün perspektivlərə yol açır. PKK-nın zərərsizləşdirilməsi, həmçinin, xarici güclərin də əlini zəiflədir.

Tərk-silah prosesi: Beynəlxalq hüquq və təcrübə nümunəsi

PKK-nın silahı yerə qoyması yalnız siyasi razılaşma ilə deyil, eyni zamanda hüquqi və texniki mexanizmlərlə müşayiət olunur. Təşkilatın üzvlərinin tərk-silahı, reinteqrasiya proqramları və hüquqi məsuliyyət məsələlərinin necə həll olunacağı bu prosesin uğur qazanmasında həlledici olacaq. Əgər bu model uğurla tətbiq olunarsa, PKK-nın tərk-silahı qlobal terrorla mübarizə tarixində bir dönüş nöqtəsinə çevrilə və presedent yarada bilər. Bu baxımdan, prosesin gələcək mərhələsində ən çox müzakirə ediləcək məsələlərdən biri PKK-nın qurucu lideri Abdullah Öcalanın taleyidir. Təşkilatın lideri Öcalan uzun illərdir İmralı adasında məhbusdur və təşkilat üçün əsas fiqur olaraq qalır. Tərk-silah müqabilində Öcalana hansı hüquqi güzəştlərin ediləcəyi hələ də açıqlanmasa da, bu məsələ cəmiyyətin geniş təbəqələrində ziddiyyətli reaksiyalarla müşayiət olunur.

Lakin istənilən halda PKK-nın silahı yerə qoyması, təkcə silahların susması deyil, həm də ümidlərin danışmağa başladığı bir dövrün başlanğıcıdır. Bu tarixi fürsəti qorumaq üçün həm siyasi və ictimai vəhdət ən vacib elementdir.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri