Icma.az
close
up
RU
Türkiyə üçün tarixi fürsət PKK LƏĞV EDİLİR

Türkiyə üçün tarixi fürsət PKK LƏĞV EDİLİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa və özünü buraxmağa çağırıb. Öcalan bu çağırışının tarixi məsuliyyətini üzərinə götürdüyünü vurğulayıb.

Məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının bu məsələyə münasibətinin müsbət olduğu bildirilib. Öcalan PKK-nın qurultay keçirərək dövlət və cəmiyyətlə inteqrasiya üçün qərar qəbul etməsinin vacibliyini qeyd edib.

Modern.az xəbər verir ki, çağırış yalnız Türkiyə daxilində deyil, bir çox ölkədə də geniş əks-səda doğurub.

Türkiyə Prezidenitinin müşaviri Mehmet Uçum açıqlamasında Öcalanın bəyanatının dövlətin müəyyən etdiyi çərçivəyə uyğun olduğunu bildirib. O, bu prosesin Türkiyənin bölünməsinin qarşısını aldığını vurğulayıb. AKP-nin sədr müavini Efkan Ala da çağırışın əhəmiyyətini qeyd edib: “Biz nəticəyə baxacağıq. PKK silahı buraxacaqmı, bunu izləyəcəyik".

Müxalifət partiyaları da məsələyə münasibəti fərqli olub. CHP lideri Özgür Özel terrorun tamamilə bitməsini arzuladıqlarını söyləyib. DEVA Partiyası sədri Əli Babacan PKK-nın silah buraxmasını tarixi bir addım kimi dəyərləndirib. Gələcək Partiyasının lideri Əhməd Davudoğlu isə bu prosesin parlament çərçivəsində aparılmasının vacibliyini vurğulayıb. 

Milliyyətçi dairələrdən isə fərqli fikirlər səslənib. İYİ Partiya lideri Müsavat Dervişoğlu bu prosesin Türkiyənin siyasi sisteminə təsir edə biləcəyini bildirib. O, prosesdən narazılığını ifadə edib. Zafer Partiyasının rəsmiləri isə bunun dövlətə qarşı bir təzyiq kimi təqdim olunduğunu iddia ediblər.

Vətən Partiyasının lideri Doğu Perinçek də bu çağırışı müsbət addım adlandırıb.

Beynəlxalq reaksiyalar da gecikməyib.  Ağ Evinin rəsmiləri bu çağırışı müsbət qiymətləndirərək, bölgədə sabitliyə töhfə verə biləcəyini bildiriblər. "Reuters"in məlumatına görə, ABŞ rəsmiləri bu addımın Suriya və İraqdakı qüvvələrə də təsir edəcəyini düşünürlər.

PKK-nın Suriyadakı qanadı olan Suriya Demokratik Qüvvələrinin (SDG) komandanı Mazlum Kobani də açıqlama verib. O, PKK-nın bu addımının bölgəyə təsir edə biləcəyini, lakin SDG-nin bunun bir hissəsi olmadığını iddia edib. PYD və YPG-nin rəsmiləri isə problemin müzakirə yolu ilə həll edilməsinə üstünlük verdiklərini qeyd ediblər.

İraq Xarici İşlər Nazirliyi Öcalanın çağırışına müsbət reaksiya verib, bunu bölgədə sabitliyə doğru atılan bir addım kimi qiymətləndirib.  Almaniya Xarici İşlər Nazirliyi Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışını “tarixi fürsət” kimi qiymətləndirib və hadisələrin Türkiyə üçün “önəmli bir addım olacağını” vurğulayıb.

Ümumilikdə, Öcalanın bu açıqlaması Türkiyədə və beynəlxalq arenada diqqətlə izlənir. PKK-nın və digər qrupların bu çağırışa necə reaksiya verəcəyi isə yaxın günlərdə bəlli olacaq.

Bəzi ekspertlər çağırışın nəticə verməcəyini düşünür, ancaq müsbət nəticə gözləyənlər də az deyil. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri