Icma.az
close
up
RU
Plan, nəzarət, maliyyə savadlılığı və iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

Plan, nəzarət, maliyyə savadlılığı və iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, onu düzgün xərcləmək də ciddi bilik və maliyyə savadı tələb edir. Çünki insanlar pulu əldə etməyi bacarsalar da, planlı və məqsədyönlü şəkildə xərcləməyi bacarmırlar. Bəzən bu, maddi çətinliklərə, hətta borclanmalara yol açır. Bəs pulu düzgün idarə etməyin əsas şərtləri nədir? Ümumiyyətlə, pulla necə rəftar etməliyik?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır

Maliyyə eksperti İsmayıl Məmmədov "pul qazanmaq asandır, xərcləmək çətin" fikrinin çox doğru, real və bir az da acı olduğunu düşünür. Mütəxəssis "Kaspi"yə açıqlamasında bildirir ki, cəmiyyətimizdə insanlar gecə-gündüz çalışaraq pul qazanmağın yollarını axtarır, lakin bəzən qazandığını necə xərclədiyini, necə itirdiyini belə hiss etmir: "Elmi dillə desək, insan beyni qazanmağa fokuslandıqca xərcləməyə qarşı ayıq olmur. İqtisadi ədəbiyyatda bu, "maliyyə davranışlarının pozulması" kimi tanınır. Pul qazanmaq fiziki və ya intellektual zəhmətdir. Amma xərcləmək düşüncə, məsuliyyət, tərbiyə və bəzən özünə qarşı çıxmaq bacarığıdır. Sözün açığı, çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır, pulu az olduğu üçün yox".

Bir "kredit kartı ilə alınmış" sevinc

Puldan düzgün şəkildə necə istifadə etməyə gəldikdə isə, maliyyə mütəxəssisi deyir ki, pul xərcləmək planla, məsuliyyətlə və məqsədlə olmalıdır: "Pul elə bir qüvvədir ki, doğru istifadə edilsə, səni azad edə, amma səhv istiqamətə getsə, əsarətə sala bilər. "Hər xərclədiyin manat sənə gələcəkdə nə qazandırır?" sualı ətrafında düşünməliyik. Qənaət imtina deyil, seçimdir. Bəzən bir "kredit kartı ilə alınmış" sevinc gələcəyin "borc yükünə" çevrilir. Biz ailələrə və gənclərə öyrətməliyik ki, qənaət sadəcə pul saxlamaq deyil, sabahın rahatlığı, uşağının təhsili, ailənin sabitliyidir".

Plan, nəzarət, maliyyə savadlılığı və iradə...

Pul qazanmaqla onu idarə etmək arasındakı fərqdən danışan mütəxəssis vurğulayır ki, pul qazanmaq iqtisadi aktivlik, onu idarə etmək isə həyat fəlsəfəsidir: "Eyni gəlirə malik iki insan düşünək. Biri illərlə mübarizə aparıb ev sahibi olur, digəri isə illərlə kirayədə qalır və nə vaxtsa "hara getdi bu pullar?", - deyə düşünür. Fərq haradadır? Plan, nəzarət, maliyyə savadlılığı və iradədə. Unutmayaq ki, pul sadəcə alət kimi qiymətlidir. Onun kimdə olduğu yox, kim onu necə istifadə edir - əsas məsələ budur".

Əvvəl qənaət, sonra xərcləmə

"Azərbaycanda pul xərcləmə vərdişlərimizdə əsas problemlər nələrdir?" deyə soruşduqda İ.Məmmədov belə cavablandırır: "Ölkəmizdə bir çox insan maliyyəyə "qazan-xərclə" yanaşması ilə baxır. Yəni, pul gəlir dərhal xərclənir, sonda isə "artsa, qənaət edərik", - deyə düşünür. Halbuki dünyada qəbul edilmiş düzgün maliyyə modeli bunun əksidir: əvvəl qənaət, sonra xərcləmə. Lakin problem yalnız metodda deyil, daha dərində - düşüncə tərzimizdədir. "Qonşudan geri qalma" psixologiyası, "kim nə deyər" sindromu insanları real ehtiyacdan çox, sosial görüntüyə xərcləməyə yönəldir. Çox sadə, amma düşündürücü bir misal: bugünkü Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1000 manat ətrafındadır. Amma 50 qəpiklik basabas metroda və avtobusda 2000, 3000, hətta 5000 manatlıq kreditlə alınmış smartfonlarla gəzən insanları görmək artıq adiləşib. Daha acınacaqlısı, bu telefonların sahibləri bəzən zəng vurmağa, internet paketi almağa balans tapmırlar. Bu misallar sadəcə fərdi davranış deyil. Bunlar maliyyə düşüncəmizin struktur problemlərini göstərir. Bu gün öz gəlirindən yuxarı səviyyədə yaşamağa çalışan cəmiyyət, sabah müflisləşmək riski daşıyır. Əslində sual budur: biz maddi rifaha çatmaq istəyirik, yoxsa rifahın görünüşünü göstərmək? Bu vərdişlər dəyişməyincə, ailələrin maliyyə dayanıqlığı zəifləyəcək, ən acınacaqlısı isə, gənc nəsil də eyni psixologiya ilə böyüyəcək. Əgər biz bu vəziyyəti dəyişmək istəyiriksə, ilk növbədə maliyyə savadlılığı təhsilini orta məktəbdən başlatmalı, ailədə uşaqlara pulun dəyərini öyrətməli, sosial mediada məsuliyyətsiz israf həyat tərzini tərif etməkdən imtina etməliyik. Unutmayaq, rəqəmlər dəyişmədən, düşüncə dəyişməz. Düşüncə dəyişmədən isə rifah, sadəcə şəkil çəkdirdiyimiz yalandır".

"Siz pulu idarə etməlisiniz"

Maliyyə eksperti büdcə planlamasına haradan başlamağın yollarından da danışdı. Həmsöhbətimiz bildirir ki, bunun ilkin şərti özünə qarşı dürüst olmaqdır: "Özümüzə qarşı dürüst olmalı, "nə qədər qazanıram, nə qədər xərcləyirəm, nəyə xərcləyirəm?" suallarına cavab tapmalıyıq. Bir dəftər, bir qələm, ya da bir mobil tətbiq - fərq etməz, aylıq gəlirləri və xərcləri yazmaqla başlayın. Sonra xərcləri "zəruri", "arzuolunan" və "gərəksiz" olaraq təsnif edin. Ən vacibi isə maliyyə məqsədi qoyun. Bu məqsəd sizi həm ruhən, həm maliyyə baxımından yığcam və motivasiyalı saxlayacaq. Maddi durumunu düzəltmək istəyən biri ilk olaraq sakit oturmalı və öz-özünə bir etiraf etməlidir: "Mən bu vəziyyətdən çıxmaq istəyirəm və dəyişməyə hazıram. Sonra isə hazırkı borcları və öhdəlikləri qeyd edin. Qənaət etməyə dərhal başlayın, azdan başlamaq da bir başlanğıcdır. Pulsuz onlayn kurslardan, videolardan maliyyə savadlılığı öyrənməli, gəlir artırma yolları axtarmalısan. Əlavə bacarıq öyrənmək, freelans işləmək, ailə biznesi qurmaq və s. Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz".

Pul xərcləməyin mənasız olduğu beş nüans

Məlumat üçün bildirək ki, pul xərcləmədə heyrətamiz nizam-intizamı və investisiyaları ağıllı şəkildə yatırması ilə tanınan milyarder Uorren Baffet pul xərcləməyin mənasız olduğu beş nüansdan danışıb. Onun fikrincə, yeni avtomobillərə pul xərcləmək mənasızdır. Baffetin fəlsəfəsinə görə, yeni bir avtomobil almaq verə biləcəyiniz ən dağıdıcı maliyyə qərarlarından biridir. O hesab edir ki, avtomobilə status və ya investisiya kimi deyil, nəqliyyat vasitəsi kimi baxmaq lazımdır.

Baffetin ikinci mənasız hesab etdiyi nüans yüksək faizli kreditlə alış-veriş etməkdir. Kredit kartları sərvət toplamağa imkan vermədən daimi ödənişlərin olduğu tələyə salır.

Üçüncüsü, mərc oyunları və lotereya biletləridir. Baffet mərc oyunlarını və lotereya biletlərini sərvət toplamaqda kökündən qüsurlu yanaşma kimi tənqid edir. Digər iki nüans isə böyük evlər və mürəkkəb investisiyalardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəkillər Kollegiyası rəhbərinin sədrliyi ilə Bakı Dövlət Universitetində magistrantların dissertasiyası müdafiə olunub

09 İyul 2025 15:16see232

İstanbulda üzünü gizlətmək üçün bu yola əl atdı Video

09 İyul 2025 11:29see157

Mən öləndə şəklimi paylaşarsınız

09 İyul 2025 11:49see138

Tramp tarifləri təxirə salıb

09 İyul 2025 09:01see124

İngiltərəli hakim əlavə cəza ala bilər

09 İyul 2025 06:58see120

Ərdoğan xalqa müraciət edəcək

10 İyul 2025 00:57see119

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see118

Abşeronda dəyişkən buludlu, əsasən yağmursuz gün...

09 İyul 2025 10:26see118

PSJ Real ı darmadağın edib ikinci finalçı oldu

10 İyul 2025 01:41see118

Nazirin idmançılarla görüşü

09 İyul 2025 10:26see117

Qazaxıstan səmasındakı qeyri adi buludlar sakinləri təəccübləndirdi

09 İyul 2025 07:28see117

Rusiyada oliqarxlara qarşı artan təzyiq kampaniyasının səbəbi nədir? (ŞƏRH)

09 İyul 2025 15:52see116

Kolbasa şəkərli diabet riskini ARTIRIR

09 İyul 2025 10:30see115

Qarabağ ın futbolçusunu istəyən İspaniya klubunun adı bilindi

09 İyul 2025 08:27see115

Xocalı qatili Ohanyan həbs edilir? deputat toxunulmazlığı ləğv olundu...

09 İyul 2025 09:32see115

Bəşir Süleymanlının həbs müddəti uzadıldı KONKRET

09 İyul 2025 12:43see115

Naxçıvanın bəzi məhəllələrində içməli su olmayacaq

09 İyul 2025 09:23see113

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see111

YAŞAT düşərgəsinin 4 cü həftəsi başlayıb FOTOLAR

09 İyul 2025 16:37see111

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri