Icma.az
close
up
RU
Plastik cərrahiyyədə anarxiya dövrü Və ya ucuz reklamın qurbanına çevrilənlər

Plastik cərrahiyyədə anarxiya dövrü Və ya ucuz reklamın qurbanına çevrilənlər

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda plastik cərrahiyyə sahəsində hərc-mərclik hökm sürür. Plastik cərrahlarla bağlı yaşanan son qalmaqal bu sahədə ciddi problemlərin olduğunu bir daha təsdiqləyir. İctimaiyyət arasında gedən müzakirələr onu deməyə əsas verir ki, ixtisası olmayan həkimlər bu sahədə at oynadırlar. Hətta fəaliyyəti qadağan olunan həkimlərin də işlərinə davam etmələri ilə bağlı məlumatlar var.
Bəs görəsən, mövcud problemin aradan qaldırılması üçün hansı addımların atılması mümkündür? Bu istiqamətdə Səhiyyə Nazirliyin mövqeyi nədən ibarətdir? Bununla bağlı müvafiq araşdırmalar aparılıbmı? İxtisası olmayan həkimlərin estetik cərrah kimi çalışması hüquqi cəhətdən hansı məsuliyyəti yaradır?

“Meydanda peşəkarlar qalacaq”

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndər “Kaspi”yə açıqlamasında bildirib ki, plastik cərrahiyyə Azərbaycan üçün yeni bir sahədir: “Sovet dövründə bu, ümumi cərrahiyyənin daxilində idi. Yəni, yanıqları, üzdə yaranan problemləri, anadagəlmə qüsurları və sair ümumi cərrahlar əməliyyat edirdi. Rezidentura proqramı hazırlandıqdan sonra artıq plastik cərrahiyyə yeni bir sahə kimi ayrıldı. Hazırda ixtisaslı plastik cərrahiyyə üzrə mütəxəssislər beş il müddətinə hazırlanır. Həkimlər plastik cərrah işləmək üçün mütləq rezidentura təhsili almalıdırlar. Belə deyək ki, plastik cərrahiyyə artıq konkret sahədir. Sertifikasiyadan keçməyənlər isə ümumiyyətlə, həkim adı altında fəaliyyət göstərməməlidir. Bu sahədə qeyri-qanuni işlərlə məşğul olanlarla aidiyyəti qurumlar ciddi şəkildə mübarizə aparmalıdırlar”.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanda plastik cərrahiyyə keçid dövrünü yaşayır: “Bu proses qonşu Türkiyədə də belə gedib. Dünyanın bir çox ölkələrində plastik cərrahiyyə ilə kosmetologiyanı qarışdırıblar. Məsələn, bəzi tibbi təhsili olmayan insanlar kosmetoloji prosedurlar həyata keçirirlər. Buna ”padvalaltı kosmetologiya” deyilir. Bir çox ölkələrdə, o cümlədən bizdə də mövcuddur. İndi bu istiqamətdə silkələnmə baş verdi, artıq hər şey yerinə oturmalıdır. Keçid dövrü başa çatandan və ələnmə prosesi yekunlaşandan sonra meydanda peşəkarlar qalacaq”.

Ucuz reklamın qurbanına çevrilənlər

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrdə də müəyyən qadağaların tətbiq olunması vacibdir: “Pasiyentlər bu sahədə həkim seçərkən diqqətli olmalı, ucuz reklamlara aldanmamalıdırlar. Pasiyentlər həkimə müraciət edərkən onun diplomunu tələb etməli, plastik cərrah olub-olmadığını araşdırmalıdırlar. Bundan başqa, sertifikasiyadan keçib-keçmədiyini öyrənməlidirlər. Son vaxtlar plastik cərrahiyyələrlə bağlı şikayətlərin artmasının əsas səbəblərindən biri məhz bu sahədə qeyri-peşəkar insanların qanunsuz fəaliyyət göstərməsidir. Pasiyentlər onları haradan tapırlar? Təbii ki, sosial şəbəkələrdən. Bu gün sosial şəbəkələr naşı plastik cərrahların reklamları ilə “göz oxşayır”. Onlar səhifələrində hətta özlərinə məxsus olmayan əl işlərini paylaşmaqdan da çəkinmirlər. Nəticədə insanlar ucuz reklamın qurbanı olurlar".

10 ayda 15 qayda pozuntusu

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: “Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. 2024-cü ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.

Həkimdən sertifikatı tələb edin

Mərkəzdən o da vurğulanıb ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər: “Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama barədə qərar qəbul edilir. İttihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir”.

10 mindən 30 min manatadək cərimə

Hüquqşünas Ruslan Vəliyev deyib ki, ölkəmizdə tibbi fəaliyyət lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir: “Məlumdur ki, həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidirlər. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər iki min manatdan üç min manata, vəzifəli şəxslər beş min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1000 manata, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar”. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Yanvar 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri