Icma.az
close
up
RU
Kininin qurbanına çevrilənlər və “Qarabağ”...

Kininin qurbanına çevrilənlər və “Qarabağ”...

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Nəinki futbolla maraqlanan azərbaycanlılar, maraqlanmayanlar belə futbolumuzun tarixi zəfərin astanasında olduğunu bilir.

Bəli-bəli, söhbət “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Ferentsvaroş”a qarşı keçirəcəyi matçdan gedir. Yaxın gələcəyə ümidlə baxırıq. Sevincliyik, qürurluyuq və “köhlən atlar”ın əsas mərhələyə vəsiqə qazanacağına şübhə etmirik. Ona görə ki, Ağdam təmsilçisi səfərdə? demək olar ki, qüsursuz performans sərgiləyərək möhtəşəm qələbə qazandı. Əlbəttə, belə qələbə yalnız düşmənləri və rəqibi sevindirməyə bilər ki, belə də oldu. Qınamaq da olmur. Kim “doğma divarlar” arasında özündən ikiqat ucuz heyətə malik komandadan buraxılan üç topu həzm edər ki? Amma necə deyərlər, hər şeyin qaydası var da...
“Ferentsvaroş” hələ oyundan əvvəl “Qarabağ”la bağlı yaydığı tanıtma yazısında Ağdam təmsilçisini Ermənistan klubu kimi təqdim etməklə əsəblərimizlə oynadı. Yəni həmvətənlərimizin günlərdi Budapeşt təmsilçisinin sosial şəbəkə hesablarının rəy bölümünə axır edərək komandanı “ermənivaroş” adlandırması səbəbsiz deyil. Digər gülünc hadisələr isə rəqibin baş məşqçisinin və futbolçularının yerli mətbuata açıqlamaları zamanı yaşandı. Robbi Kin və bir neçə futbolçu “Qarabağ”ı sanki mərhələ keçmiş kimi sevinməklə suçladı. Başqa sözlə, meymun baxdı güzgüyə, adını qoydu özgəyə! “Qarabağ”a ha! Təbii ki, oyunu izləyən yüzminlərlə futbolsevər “yaşıl qartallar”ın hesabı açdığı anda Kinin və futbolçularının necə sevindiyini gördü. Adam az qala Hezarfən Əhməd Çələbi kimi havaya uçacaqdı. Boş yerə deyilməyib ki, Allah dəvəyə qanad versəydi, uçurmadığı dam qalmazdı!
Hər halda, Qurban Qurbanov və komandası üç zərbə ilə “yaşıl qartallar”ın qanadlarını qırdı, dimdiyini əzdi. Bəli, futbolçularımız rəqibin qabartdığı qədər olmasa da, sevindilər və bunu haqq etdilər. Qurban bəy isə ənənəsini sona qədər qorumağa çalışdı. O vaxta qədər ki, Musa yekun nəticəni təyin edən qolu vurdu, bax, onda sevinməmək üçün daş olmaq lazım idi. Əlbəttə, mən bəziləri kimi bunun məhz oğlu Musanın fərqlənməsiylə bağlı olduğunu düşünmürəm. Ona görə ki, mütəxəssisin futbolçuları arasında ayrı-seçkilik edəcəyinə inanmıram. Övladı olsa belə! Həmin sevinc məhz üçüncü qolun, əsas mərhələyə gedən yolun daha qısalmasının təcəssümü idi. Bəlkə başqa futbolçu vursaydı, sevincini daha aşkar büruzə verərdi, nəinki Musa. Bəlkə də içimizdəki “macarların” tənqidindən çəkindi. Ramil Şeydayevi göz yaşlarıyla yola salan, Riçard Almeydanın “ikinci atam” adlandırdığı Qurban Qurbanov hara, ayrı-seçkilik hara... Yumşaq desək, ayıb edirsiz, əziz həmvətənlərim...
Yaxşı, hamını başa düşdük. Macar futbolçulara “dəlidi, nə etsə yeridi” deyib üstündən keçək. Bəs onlara şir ürəyi yedirən nədi? “Ferentsvaroş” 20 minə yaxın azarkeşi önündə bacarmadığını, Bakıda - 32 min azərbaycanlı qarşısında bacaracaqmı? Onsuz da itkiləri olan “yaşıl-ağlar” “Qarabağ”la ilk oyunda Bense Ötvösü də itirdi. Təcrübəli yarımmüdafiəçinin səfər matçını buraxacağı böyük ölçüdə dəqiqləşib. Üstəlik macarlar evdə cavab matçı üçün ümid verəcək statistika ilə yadda qalmadı. Nə dəqiqlikdə, nə intizamda, nə də topa sahibolmada. Hər halda, matç nəinki hesaba, həm də hadisələrin axarına əsasən “köhlən atlar”ın üstünlüyü şəraitində keçdi. İndi bizimkilərə yalnız eyforiyaya qapılmaq qənim kəsilə bilər. Ağdamlılarla indiyə qədər üç dəfə qarşılaşan “yaşıl qartallar” hamısında qələbəyə həsrət qalıb! Odu ki, Budapeşt təmsilçisinə yalnız möcüzə kömək edə bilər. Çünki “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında əldə etdiyi nəticələri yalnız bu yolla korlamaq mümkündü. Yox, “Ferentsvaroş”a yuxarıdan aşağı baxmaq niyyətində deyilik. Sadəcə, “Qarabağ” liderdi! Özü də mövsümün ilk beş matçının nəticələrinə görə həm qələbə sayında, həm topa sahibolma faizində, həm də ən çox qol vuran komandalar sırasında!
Görünür, Robbi Kin və komandası cavab oyununda da kininin qurbanına çevriləcək. Qurban Qurbanovun belə qurbanlarının sayı isə hələ çox olacaq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri