Icma.az
close
up
RU
Poçt şöbəsi yeni binada fəaliyyətini davam etdirəcək

Poçt şöbəsi yeni binada fəaliyyətini davam etdirəcək

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən vətəndaşlara göstərilən poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasir tələblərə uyğunlaşdırılması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlərin davamı kimi Ordubad rayonunun Aza kəndində yerləşən, fiziki və texniki baxımdan istismar üçün yararsız vəziyyətdə olan poçt şöbəsinin fəaliyyəti dayandırılmış, onun fəaliyyəti Azadkənd kəndində müasir standartlara cavab verən yeni binaya köçürülmüşdür. Burada zəruri infrastruktur və müasir avadanlıqlarla təchiz olunmuş şərait yaradılmışdır. Yeni poçt şöbəsi tam təmir edilmiş, rabitə və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş, həm əməkdaşlar, həm də vətəndaşlar üçün rahat və səmərəli iş və xidmət mühiti formalaşdırılmışdır.

Yeni yaradılmış şəraitlə yerində tanışlıq zamanı poçt xidmətlərinin daha operativ təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və regionlarda sosial infrastrukturun inkişafı baxımından görülən işlərin əhəmiyyəti xüsusi vurğulanmışdır. Sakinlər artıq poçt və əlaqəli xidmətlərdən daha sürətli, rahat və müasir şəraitdə istifadə etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azadkənddə yerləşən bu poçt şöbəsi təkcə Aza kəndinin deyil, eyni zamanda Darkənd kəndinin sakinlərinə də xidmət göstərir.

Bildiririk ki, sözügedən təşəbbüs Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin tapşırığı ilə yerli icra hakimiyyəti orqanları, o cümlədən Ordubad Rayon İcra Hakimiyyəti ilə aparılmış müzakirələr və razılaşmalar əsasında həyata keçirilmişdir. Layihə regionların sosial-iqtisadi inkişafına, dövlət xidmətlərinin müasir standartlara uyğun təşkili və əhalinin poçt-rabitə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Səbuhi HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri