Podolyakdan son dəqiqə SÜLH AÇIQLAMASI Rusiya ilə saziş imzalana bilər, lakin...
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Moskva kapitulyasiya tələb etdiyi üçün Rusiya ilə danışıqlar aparmaq mümkün deyil, Ukrayna bunu qəbul edə bilməz.
Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
Podolyakın sözlərinə görə, ABŞ yardım etməsə belə, Ukraynanın döyüşü davam etdirməkdən başqa yolu yoxdur.
“Rusiya ilə razılaşmaq mümkün deyil. Onlar kapitulyasiyaya bərabər şərtlər irəli sürür. Biz bu tələbləri qəbul edə bilmərik, çünki bu, Ukraynanı Rusiyanın peykinə çevirəcək”, - deyə o vurğulayıb.
“El Pais”ə müsahibəsində Podolyak deyib ki, Rusiya ilə sülh sazişi imzalana bilər, lakin Moskvanın şərtləri ilə deyil.
Onun sözlərinə görə, düzgün təzyiq alətlərindən istifadə olunarsa, istənilən vaxt atəşkəs mümkündür, amma praktikada heç kim bu alətlərdən istifadə etmir.
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















