Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Pol Qobl planı, Ermənistan parlamentinin gülləbaran edilməsi və... yaxud Azərbaycana qarşı məkrin bizə “səmərəsi”

Pol Qobl planı, Ermənistan parlamentinin gülləbaran edilməsi və... yaxud Azərbaycana qarşı məkrin bizə “səmərəsi”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Ermənistan tərəfinin bu məsələnin yenidən gündəmə gətirməsinin hansı məqsədə xidmət etməsi məlum deyil. Çünki Qobl planı keçmiş Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə ortaya atılmışdı. İndi o münaqişə yoxdur. Biz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanaraq, münaqişəni özümüz həll etmişik, problemi də aradan qaldırmışıq. İndi xeyir ola, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu, hazırda ölkə parlamentinin üzvü olan Levon Koçaryan ağzını açıb gözünü yumur ki, Ermənistan rəhbərliyi doxsanıncı illərdə Pol Qoblın tənzimləmə planına razılaşsaydı, indi Qarabağ Ermənistanda idi. Həm özünün, həm də atası Robertin gözlərinin içinədək yalan danışır.

Əvvəla, onu xatırladaq ki, Azərbaycan rəhbərliyi ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, məşhur politoloq (həm də keçmiş kəşfiyyatçı) Pol Qoblın məlum planına öz maraqlarımıza uyğun olan dəyişikliklər etmək şərti ilə razılaşa bilərdi. Amma regiona sülh gətirilməsini qətiyyən istəməyən, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşdirilməsindən açıq-açığına qorxan, Türk dünyasının nəqliyyat vasitələrinin birləşdirilməsinə qətiyyən razı olmayan qüvvələr Qobl planının icrasına imkan vermədilər. 

Onu da əlavə edək ki, Qobl planı Robertin gədəsinin zəvzədiyi kimi, Qarabağın Ermənistana verilməsini nəzərdə tutmurdu. Azərbaycanın əsas ərazisinin Naxçıvanla birləşdirilməsi üçün Meqridən bizə veriləcək dəhliz boyda ərazi Laçın rayonundan Qarabağın Ermənistanla əlaqəsini təmin etmək üçün qarşı tərəfə verilməsini nəzərdə tuturdu. Bunu ABŞ istəyirdi. Rusiya və İran isə buna qətiyyən razı olmadılar və sonrakı proseslər məlumdur. 

Bu zaman Pol Qoblın Cənubi Qafqazdakı vəziyyətə aydın düşüncə ilə yanaşmasını göstərən başqa bir faktı da yada salmaq istərdik. Belə ki, 2023-cü ildə azərbaycanlı ekofəal və könüllülərin Şuşa-Laçın yolundakı aksiyasını qınayan və hətta, təhdidlər söyləyən region siyasətçiləri cənab Qoblın belə bir arqumentini eşitmişdilər: “Laçın yolundakı aksiyaya qarşı çıxanlar Ermənistanın öhdəliklərini yerinə yetirməsini təmin etməlidirlər”. 

O ki qaldı Kremlin Pol Qobl planının icrasına mane olmasına, xatırladaq ki, 1999-cu ilin oktyabrından sonra ABŞ və Türkiyənin xüsusi xidmət orqanları Ermənistanın Zəngəzur bölgəsi ilə Qarabağın dağlıq hissəsindəki müəyyən ərazinin Pol Qobl planı üzrə dəyişmək qərarına gəlmişdilər. Ermənistan rəhbərliyi də bu dəyişikliyə “hələlik” razı olmuşdu. Guya, sonra Qarabağın statusunu müzakirə edəcəkdilər. Bu xəbər ortaya çıxan kimi – konkret desək, oktyabrın 27-də silahlı adamlar Ermənistan parlamentini qan gölünə çevirdilər. Tanınmış siyasətçilər Karen Dəmirçyanla Vazgen Sarqsyan və digərləri terror aktı ilə öldürüldülər. Yəni sülhə mane olanlar Qobl planının bükülüb bir kənara qoyulmasına nail oldular. 

Bu isə o demək idi ki, regionda özlərinkindən başqa heç kəsin maraqlarının qorunmasına imkan vermək istəməyənlər “dəhlizə dəhliz” variantını arxivə göndərdilər. Yəni Robertin gədəsinin zəvzədiklərinin tam əksinə olaraq, Azərbaycan Laçın yolunu ermənilərə, Ermənistan isə Zəngəzur dəhlizini Bakıya verməli idi. 

Ekspertlər yazırlar ki, bu dəyişiklik cəhdinin baş tutmasına mane olanlar nəticədə özləri də bilmədən, hətta istəmədən Azərbaycanın maraqlarına xidmət etmiş oldular. Çünki indi Laçın yolu bütövlükdə öz sahiblərindədir, Zəngəzur dəhlizi də açılmaq üzrədir. İndi artıq Qobl planı deyilən nə isə yoxdur. Həm də indi ABŞ-da belə bir istək mövcud deyil. Çünki bu gün bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır. 

Pol Qoblın həmin planı reallaşmasa da, Prezident İlham Əliyevin planı, məlum qətiyyəti artıq tam reallaşıb: “Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın!” 

Yəni qatar artıq keçib gedib. Artıq koçaryanların, sarkisyanların hansı küçədəsə səs-küy salmasının heç bir mənası yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri