Icma.az
close
up
RU
“Poliklinikada vətəndaşa elə münasibət göstərirlər, sanki kiminsə qapısına borca gəlmisən”

“Poliklinikada vətəndaşa elə münasibət göstərirlər, sanki kiminsə qapısına borca gəlmisən”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Təxminən bir ay əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqladı. Rəsmi məlumatda bildirilirdi ki, bu müddətdə icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs 12.3 milyon dəfə tibb müəssisələrinə müraciət edib. Bu isə yarım il ərzində əhalinin 38 faizinin icbari tibbi sığortadan yararlanması deməkdir.

Bizimyol.info xəbər verir ki, vətəndaşlar icbari tibbi sığortanın keçərli olduğu TƏBİB-in tabeliyindəki xəstəxanalarda xidmətin keyfiyyətindən narazılıq edirlər. Bu barədə hər gün sosial şəbəkələrdə onlarla şikayətlərə rast gəlmək olur. İnsanlar poliklinikalarda, dövlət xəstəxanalarında süründürməçilikdən, növbənin çoxluğundan, tibbi heyətin vətəndaşlara qarşı kobud və biganə münasibətindən və s. problemlərdən şikayətlənirlər.

Paytaxtın Yasamal rayonunda yerləşən 3 saylı şəhər poliklinikasına müraciət edən Aytən Məmmədova deyir ki, ayağında sınıq şübhəsi olsa da, poliklinikada iki gündür onun müayinəsinə nail ola bilmir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Aytən Məmmədova bildirib ki, avqustun 28-də günorta saat 14.00 radələrində sağ ayağında sınıq şübhəsi ilə poliklinikaya müraciət edərək, rentgen müayinəsindən keçmək istədiyini bildirib: “Poliklinikanın qəbul şöbəsində dedilər ki, rentgendə işləyən bir nəfərdir, o da saat 1-də gedir. Ertəsi gün saat 1-ə qədər gəlməyimi tövsiyə etdilər. Deyildiyi kimi etdim, avqustun 29-da saat 11 radələrində yenidən poliklinikaya getdim. Qəbul şöbəsinə yaxınlaşıb, göndəriş istədim. Bu dəfə dedilər ki, rentgenə cərrahın göndərişi olmalıdır. Cərrah Gülbəniz həkim isə tapşırıb ki, onun qəbuluna heç kimi yazmayaq, çünki işi var, tez çıxıb getməlidir. Ona görə rentgen məsələsi bu gün də alınmayacaq”.

Vətəndaşın sözlərinə görə, o, Gülbəniz adlı cərrahın kabinetinə gedərək, işdə olduğu halda, qəbulu dayandırmasının səbəbini öyrənməyə çalışıb. Ona izah edib ki, ayağında kəskin ağrı və şişkinlik var, əziyyət çəkir: “Narazılıq edəndən sonra Gülbəniz adlı o həkim gəldi qəbul şöbəsinə, dedi ki, qəbuluma xəstə yaz, amma vaxtım olmasa, çıxıb gedəcəm. Mən də şəxsiyyət vəsiqəmi götürüb, çıxdım. Düşündüm ki, insanlara, onların ağrısına qarşı bu cür münasibət göstərən birinin tibbi yardımı mənə lazım deyil”.

Aytən Məmmədova xatırladır ki, poliklinikalar, dövlət xəstəxanalardakı tibbi xidmətlərdən daha çox aztəminatlı vətəndaşlar istifadə edir, onlar icbari tibbi sığortanın imkanlarından yararlanmaq istəyir. Çünki maddi imkanı yüksək olan şəxslər daha yaxşı şəraiti və avadanlıqları olan özəl xəstəxanalara üz tutur:

“İnsanların maaşından icbari tibbi sığorta üçün pul tutulur. Bundan yararlanmaq istəyi də təbiidir. Amma çox vaxt elə münasibət göstərirlər ki, sanki kiminsə qapısına borca gəlmisən. Poliklinikada, dövlət xəstəxanasında işləyən həkimin maaşı onu qane etmirsə, bu, vətəndaşın problemi deyil. Aqressiyasını da vətəndaşa göstərməməlidir”.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri