Icma.az
close
up
RU
Polina Rəhimova: Azərbaycandan məşqçi kimi çalışmaq təklifi almışam MÜSAHİBƏ

Polina Rəhimova: Azərbaycandan məşqçi kimi çalışmaq təklifi almışam MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Voleybol üzrə Braziliya Kubokunun qalibi olan Azərbaycan millisinin üzvü Polina Rəhimovanın AZƏRTAC-a müsahibəsi

- Çıxış etdiyiniz “Osasko” klubu 7 ildən sonra Braziliya Kubokunun sahibi oldu. Final qarşılaşması barədə təəssüratlarınızı bilmək maraqlı olardı…

- Bəli, 7 ildir kuboku qazana bilmirdik. Komandama kömək edə bildiyim üçün çox sevinirəm. Xoşbəxtəm ki, bunu bacardıq. Finalda son Braziliya çempionu “Minas”la qarşılaşdıq. Belə güclü rəqibə qarşı sonadək mübarizə apardıq və qalib gəldik. Mən matçın son dəqiqələrində risk alaraq topu meydanın rəqibə aid hissəsində yerə atdım və nəticədə dördüncü seti üstünlüklə başa vurduq.

- Finalda məğlub etdiyiniz rəqib sizin keçmiş komandanız olub. Onlara qarşı oynamaq necə hiss idi?

- Finaldan bir gün öncə keçirilmiş yarımfinal oyunumuz çox gec yekunlaşdı. Rəqib komandanın matçı isə daha erkən saatlarda bitmişdi. Onlar 4, biz isə 5 set oynamışdıq. Bu səbəbdən özümüzü çox yorğun hiss edirdik. Həlledici matçda keçmiş komandamla qarşılaşanda tanış simaları, əvvəllər geyindiyim gözəl və rəngarəng formanı görəndə çox sevindim. Onlar möhtəşəm iş gördülər. Görüşə kifayət qədər yaxşı hazırlaşmışdılar. Müdafiə və blokda çox güclü idilər. Bir sözlə, finalda oynamağa layiq idilər.

- Hazırda “Osasko” Superliqada 35 xalla dördüncü sırada yer alır. Komandanızın Braziliya çempionatında hədəfləri nələrdir?

- Təbii ki, çempion olmaq istəyirik. Hazırda 6 əsas oyunçumuzdan ikisi zədəlidir və bu, bizi axsada bilər. Ümid edirəm ki, yeni oyunçular kollektivə tez adaptasiya olacaqlar və biz turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandalarla görüşlərdə qələbə qazana biləcəyik.

- Avropaya qayıtmağı düşünürsünüz?

- Hazırda bütün diqqətimi Braziliyadakı komandama və hədəflərimizə yönəltmişəm. Nəyin necə olacağına daha sonra qərar verəcəyəm. Gələcək haqqında düşünmək hələ tezdir. Hazırda titullar qazanmağa davam etməliyəm.

- Azərbaycan millisi bu il Qızıl Avropa Liqasında çıxış edəcək. Yığmanın şanslarını necə dəyərləndirirsiniz?

- Əminəm ki, komandamızın turnir üçün yüksək hədəfləri var. Biz gənc nəslə daha çox diqqət yetirməli, onlara kömək etməli və dəstək olmalıyıq. Azərbaycan Voleybol Federasiyası regionlarda bu idman növünün inkişafı üçün böyük işlər görür. Bunun sayəsində biz daha çox yerli istedadlar yetişdirə bilərik. Milli komandada azərbaycanlı voleybolçuların oynamağı olduqca vacibdir. Çünki bəzi çətin matçlarda vətənpərvərlik uğur qazanmaq baxımından böyük rol oynayır. İnanıram ki, Azərbaycan voleybolunu yenidən dünyaya tanıdan ucaboy və perspektivli voleybolçular yetişəcək.

- Milli komandanın ulduzlarından biri hesab olunursunuz. Əgər dəvət gəlsə, yenidən yığmanın formasını geyinəcəksiniz?

- Buna Braziliyada mövsümü başa vurduqdan sonra qərar verə bilərəm. Hazırda bu suala cavab olaraq nə “yox”, nə də “hə” deyə bilərəm.

- Azərbaycan klublarından təklif almısınız?

- Bəli, məşqçi kimi çalışmaq təklifi almışam. Amma hazırda bütün diqqətimi idmançı karyerama yönəltmişəm. Təcrübəm olmasa belə, kiminsə mənə məşqçi kimi ehtiyac duyduğunu bilmək çox xoşdur. Bu, özümə olan güvəni və Azərbaycanda qapıların mənə hər zaman açıq olduğuna dair inamımı daha da artırır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri