Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Polina Rəhimova: “Yığmamız bunu bacaracaq gücdədir”

Polina Rəhimova: “Yığmamız bunu bacaracaq gücdədir”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Bu, mövsüm ərzində “Osasko” klubu ilə qazandığım ikinci kubokdur. Braziliya kubokundan əvvəl Paulista kubokuna yiyələnmişdik”.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

Ulduz hücumçu şərəfini qoruduğu “Osasko”nun heyətində Braziliya kubokunun qalibi adını qazanmasına münasibət bildirib: “Braziliya kubokunun sahibi olduq. Finalda keçmiş klubum “Sesi Bauru”ya 3:1 hesabı ilə qalib gəldik. Çox gərgin, çətin və maraqlı oyun oldu. Pley-off mərhələsində isə ötən mövsümün çempionu “Minas”ı 3:2 hesabı ilə məğlub etmişik”.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən Rəhimova “Osasko”nun heyətinə düşmək uğrunda mübarizəyə də toxunub: “Komandaya ilk gəldiyim vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final oyunlarında artıq əsas heyətdə yer aldım. Çünki komandamızda bəzi voleybolçuların oyunları istənilən kimi alınmırdı. Çox xoşbəxtəm ki, bu vacib matçlarda gözəl oyun sərgiləyə bildim. Düşünürəm ki, oynamadığım müddətdə öz üzərimdə çox çalışırdım və elə buna görə də yaxşı formada idim. Dediyim kimi, final çətin oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər biri əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Bu matç zamanı toppaylayıcımız dizindən zədələndi. Biz ikinci oyun qurucumuzla davam etdik. Bu voleybolçu bizimlə az oynamasına baxmayaraq, gözəl oyun göstərdi. Komanda olaraq yaxşı çıxış etdik”.

Polina Azərbaycan çempionatını izlədiyini də vurğulayıb: “Yüksək Liqaya, eləcə də digər ölkələrin çempionatına vaxt olduqca baxıram, nəticələrə nəzər salıram. Bu il Azərbaycan çempionatında çıxış edən klubları yaxından izləyirəm. Legioner oyunçular da çoxdur. Bir çoxlarını tanıyıram, bundan əvvəl onlarla bir komandada oynamışam və ya rəqib kimi qarşılaşmışam. Fəxr edirəm ki, onlar Azərbaycanı seçiblər. Yaxşı haldır ki, bu gün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi voleybolun inkişafı üçün bir sıra işlər görür”.

Voleybolçumuz milli komandadakı karyerası ilə bağlı yekun qərar vermədiyini açıqlayıb: “Yığmada iştirakıma gəlincə, bu gün bununla bağlı hələ ki, bir söz deyə bilmərəm. Hazırda klubun qarşıdakı oyunlarına köklənmişəm. Hər bir oyunçuya mövsümü zədəsiz, problemsiz başa vurmağı arzulayıram. Burada yarışlar da gərgin keçir, yorğunluq olur. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlayıram. Bundan sonra artıq baxıb qərar verəcəyəm. Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, İslamiadada mükafatçılar sırasına düşə, hətta qalib gələ bilərik. Komandamız bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik”.

Qeyd edək ki, Polina 2007-ci ildən Azərbaycan millisinin formasını geyinir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri