Polis bir gündə 50 nəfəri saxladı
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Avqustun 27-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 3,9 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Həmçinin, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də saxlanılıb.
Baxış sayı:37
Bu xəbər 28 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















