Polis insanları işə düzəltmək adı ilə onların pulunu ələ keçirən şəxsi saxlanılıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb.
APA xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb.
Aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İ. Əliyevin analoji əməllərindən zərər çəkmiş başqa şəxslərin, bu barədə polisə məlumat verməsi xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















