Polisə atəş açan hərbçiyə hökm oxundu
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub.
Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə fəaliyyət göstərdiyi iddia edilən, silahlı hücumlar, qətllər, soyğunçuluq və quldurluq kimi cinayətlər törədən, sosial platformalar üzərindən idarə olunan cinayətkar birliyin üzvləri ilə əlaqə qurmağa çalışıb. O, cinayətkar birliyin bir neçə üzvü ilə sosial şəbəkə vasitəsilə mütəmadi yazışıb və birliyə əyani şəkildə qoşulmaq istəyib.
N.A. silah-sursat götürərək hərbi hissəni tərk edib. O, yanlış istiqamətdə hərəkət edərək silahını yoxlamaq məqsədilə havaya atəş açıb. Daha sonra cinayətkar birliyə qoşulmaq üçün sosial şəbəkədə tanış olduğu şəxslərlə əlaqə saxlayıb və danışıq zamanı yenidən havaya atəş açıb.
Həmin ərazinin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşsalar da, N.A. onların əmrinə tabe olmayıb. Yaxınlaşmalarına mane olmaq məqsədilə avtomat silahdan əvvəlcə havaya, daha sonra isə polis əməkdaşı istiqamətində yerə çox sayda atəş açıb. Bununla da zor tətbiq etməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərib.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və keçirilən əməliyyat nəticəsində N.A. saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 29, 218.2, 228.1, 232.1, 315 və 334.1-ci maddələri ilə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Noyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















