Polislər məzuniyyətdən çağırıldı, ordu səfərbər edilir Makron təşvişdə
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi Jan-Didye Berger oktyabrın 24-də keçiriləcək nümayişlərə hazırlıq çərçivəsində hüquq-mühafizə orqanlarının əlavə qüvvələrlə gücləndiriləcəyini bildirib.
Berger BFMTV-yə açıqlamasında məzuniyyətdə olan əməkdaşların xidmətə qaytarıldığını təsdiqləyib. Onun sözlərinə görə, əvvəlki nümayişlərlə müqayisədə bu dəfə ictimai asayişin qorunmasına cəlb ediləcək polis qüvvələrinin sayı 20 faiz artırılacaq. Nazir həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarına dəstək vermək üçün ordu, xüsusi təyinatlı polis bölmələri və jandarma qüvvələri yerləşdiriləcək.
Ordunun dəstəyinin hansı formada təmin ediləcəyi ilə bağlı isə əlavə təfərrüatlar açıqlanmayıb.
Fransanın Baş naziri Sebastyan Lekornu da qarşıdakı nümayişlərdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bəyan edib.
Fransada etirazlar sentyabrın ortalarında Paris ətrafındakı küçələrə çıxan lisey şagirdləri daha yaxşı məktəblər tələb etməklə başladı. Daha sonra ölkə daxilində qiymətlərin artmasından narazı olanlar da onlara qoşuldu və etirazlar digər bölgələrə də yayıldı.
Oktyabrın 17-də keçirilən ümumxalq nümayişi ən böyük nümayiş idi. Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550.000 insan iştirak edib. Fransa hüquq-mühafizə orqanları etirazçılara qarşı göz yaşartıcı qaz, səs bombası və su şırnaqlarından istifadə edib.
Oktyabrın 24-nə planlaşdırılan yeni nümayişlər fonunda hakimiyyətin təhlükəsizlik qüvvələrini əvvəlcədən səfərbər etməsi Fransada vəziyyətin gərgin olaraq qaldığını göstərir. Əsas sual isə budur: gücləndirilmiş təhlükəsizlik tədbirləri etirazların qarşısını alacaq, yoxsa küçələrdə qarşıdurma riskini daha da artıracaq?
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















