Icma.az
close
up
RU
Politoloq: “Bu, Cənubi Qafqazda siyasi durumu Qərb alyansının xeyrinə dəyişmək üçün Avropa İttifaqının siyasətidir”

Politoloq: “Bu, Cənubi Qafqazda siyasi durumu Qərb alyansının xeyrinə dəyişmək üçün Avropa İttifaqının siyasətidir”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, "xarici agentlər” qanununu geri çəkmək tələb edilib.Hakim Gürcü Arzusu partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.Gürcüstanın Baş naziri İrakli Kobaxidze  AŞPA-nın ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.
O, “İmedi” telekanalına müsahibəsində bildirib. “Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”- deyə, o qeyd edib.
Mövzu ilə bağlı Demokrat.az- a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,  Avropa Şurası Parlamenti Assambleyasının Gürcüstanda parlament seçkilərinin təkrar keçirilməsi ilə bağlı Gürcüstan dövlətinə və parlamentinə ünvanladığı tələblər müstəqil və suveren dövlətin daxili işlərinə müdaxilədir:
“Gürcüstanda keçən ilin oktyabr ayında parlament seçkiləri keçirilib. Gürcü xalqının istəyinə, azad iradəsinə rəğmən Gürcüstanda yeni parlament və bunun əsasında hökumət formalaşıb. Avropa parlamenti israrla Gürcüstanda seçilən parlamenti tanımaq istəmir. Bunun əsas səbəbi Avropa İttifaqının uzun illərdən bəri iş birliyində olduğu Gürcüstanın qərbyönümlü müxalifətinin Gürcüstan parlamentində kifayət qədər mandat yeri əldə etməməsi ilə bağlı oldu. Nəticə etibarı ilə Qərb alyansı Gürcüstan dövlətinin siyasi kursuna təsir imkanlarını əhəmiyyətli dərəcədə itirdi. Gürcüstanda hakimiyyətə gəlmiş iqtidar bəyan etdi ki, dövlətin siyasi kursunun istiqamətinin müəyyənləşdirilməsi gürcü xalqının müstəsna hüququdur.  Gürcüstan parlamenti ilə hökumət konstitusiyanın məlum müddəasına çıxış edərək xalqın istəyinə uyğun siyasət həyata keçirməyə borclu olduğunu vurğuladı”.
Politoloq onu da qeyd edib ki,hadisələrin gedişatı Avropa İttifaqı və eyni zamanda ABŞ-nı də qane etmir:
“Cənubi Qafqazda siyasi durumu qərb alyansının xeyrinə dəyişmək üçün Avropa İttifaqında bəlli dairələrin həyata keçirəcəyi siyasətdir.  Təbii ki, bununla bağlı Gürcüstana təkrar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbin əsas səbəbi yeni seçkilərin keçiriləcəyi təqdirdə Qərbin maraqlarına cavab verəcəyi parlamentin formalaşamasıdır. Bu parlamentin Gürcüstanın Qərbə inteqrasiyası ilə bağlı olan proseslərdə tamamilə fərqli şərait yarana bilər. Gürcüstan parlamenti  və höküməti 2028-ci ilə qədər Avropa İttifaqına inteqrasiyası ilə bağlı prosesləri müəyyən bir müddətə təxirə saldı. Bunun əsas səbəbi Avropa İttifaqının Gürcüstan parlamentinə gürcü xalqının dəyərlərinə, adət-ənənələrinə, Gürcüstan dövlətçiliyinə, qanunvericiliyinə uyğun gəlməyən hüquqi müddəları dəyişdirmək istəyidir. Bu da təbii ki, uzun illərdən bəri  oturuşmuş ənənəvi və mental dəyərlərə qarşı olduğu üçün  Gürcüstan hökuməti bununla razı deyil.  Bu mənada onlar  Gürcüstan dövləti ilə  təhdid dilində danışmaq  mövqeyini tutublar”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri