Icma.az
close
up
RU
Politoloq: Ermənistan son zamanlar türk dövlətçilik ənənələri ilə də hesablaşmalı olub

Politoloq: Ermənistan son zamanlar türk dövlətçilik ənənələri ilə də hesablaşmalı olub

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Erməni rəsmilərinin son zamanlar verdiyi açıqlamalar diqqətə layiqdir. Axır ki, Ermənistan tərəfi başa düşdü ki, dəyişən dünya fonunda özlərini yerlərini bəlli etməli, dünya siyasətinə hər hansı formada qoşulmalıdırlar. Anladılar ki, bu, Rusiyanın himayəsinə girməklə alınan deyil. Rusiya 300 ildir ki, türk dünyasına açdığı savaşda erməniləri son 200 ildə silah kimi istifadə etdi. Ermənilərə tarixdə olmayan dövlət versələr də, hazırda onlar öz müqəddaratlarını həll etmək fürsəti əldə ediblər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. 
"Artıq Ermənistan XİN, Paşinyan iqtidarı Avropa ilə münasibətləri şaxələndirməyə başlayıblar. Son zamanlar türk dövlətçilik ənənələri ilə də hesablaşmalı olublar. Mirzoyanın açıqlamalarını bu hesablaşmanın davamı kimi qəbul etmək olar. Ermənistan dünya siyasətində yer sahibi olmaq istəyirsə, qəsb etdiyi torpaqlardan çıxmalı, "Dənizdən-dənizə Ermənistan" xülyasından əl çəkməlidir. Əks halda haqsız yerə əldə etdiyi torpaq parçaları ilə rus havadarlığında yaşamalıdırlar. Daha azına qane olub, müstəqil dövlət olmağın yolu əsrlərdir davam edən haqsızlıqların aradan qaldırılmasından keçir. Ermənistanda formalaşan iqtidar bunu anlasa da, cəmiyyət anlamır".
Politoloq bildirib ki, cəmiyyət hələ də rus şovunizminin aşıladığı "Böyük Ermənistan" xülyasında yaşayır:
"Hakimiyyət yavaş-yavaş cəmiyyəti prosesə hazırlayaraq tarixi mərhələyə qədəm qoymaq istəyir. Zamanla Ermənistan konsititusiyanın dəyişdiyini, özünün olmayan torpaqlardan əl çəkdiyini və azərbaycanlıların hüquqlarınl bərpa etdiyini görə bilərik. Ermənistanın öz siyasi varlığını qoruması üçün türklərlə hesablaşmalı olduğunu anladığını da görəcəyik. Mirzoyan və digər erməni siyasətçilərin dilindən səslənənlər reallığa çevriləcək. Ermənistan Cənubi Qafqazda son 200 ildə formalaşan reallıqları anlamalıdır. Regionda söz sahibi olan ölkələrlə düşmənçilik edən heç bir dövlət sağlam təməllər üzərində qurula bilməz".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri