Icma.az
close
up
RU
Politoloq: “Qarabağda qayıdış yalnız geriyə deyil, həm də...”

Politoloq: “Qarabağda qayıdış yalnız geriyə deyil, həm də...”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm institusional və ictimai proseslərdən biri Qarabağa “Böyük Qayıdış” strategiyasının təkcə fiziki məskunlaşma planı kimi deyil, eyni zamanda siyasi və sosial inteqrasiya layihəsi kimi təqdim olunmasıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, Prezident Administrasiyasının təşəbbüsü ilə təşkil olunan ardıcıl səfərlər – bu dəfə Zəngilan, Cəbrayıl və Horadizi əhatə edən marşrut, bu strategiyanın yalnız dövlət siyasəti deyil, ictimai dialoqun fəal iştirakçıları üçün də açıq olduğunu nümayiş etdirdi:

“Səfərin siyasi kontekstində önəmli məqam ondan ibarətdir ki, bu təşəbbüs müxtəlif sahələrdən – siyasi partiyalar, ekspertlər, media və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nümayəndə heyətini əraziyə gətirməklə, postmünaqişə dövrünün quruculuq və reinteqrasiya proseslərinə siyasi iştirakçılıq və ictimai legitimlik qazandırır.

Bu yanaşma, eyni zamanda, ölkədə formalaşan yeni siyasi mədəniyyətin, konsensus və milli həmrəylik üzərində qurulan dialoq platformalarının canlı təzahürüdür.Horadizdə nümayiş etdirilən mina zərərsizləşdirmə prosesi yalnız texniki nümayiş deyildi, bu, eyni zamanda keçmişin travmaları ilə açıq və rasional hesablaşmanın simvolik anı idi.

Bu kimi səhnələr göstərir ki, Azərbaycan cəmiyyəti və dövləti Qarabağ məsələsində yalnız emosional yox, həm də reallıq əsaslı strateji yanaşma tətbiq edir”.O qeyd edib ki, Cəbrayılda fəaliyyət göstərən tekstil fabriki isə artıq fərqli bir mərhələyə keçidin göstəricisidir:

“Burada qadınların çalışdığı sənaye müəssisəsi, yalnız iqtisadi dirçəlişin deyil, həm də sosial bərpa prosesinin nümunəsidir.Bu, dövlətin bölgədə iqtisadi infrastrukturu bərpa etməklə yanaşı, həyatın bütün sferalarında normallaşmanı təmin etmək niyyətinin real əlamətidir.Zəngilan isə artıq Azərbaycanın gələcəyə baxan modern idarəetmə modelinin tətbiq olunduğu test məkanına çevrilməkdədir.

“Ağıllı kənd” konsepsiyası, “yaşıl enerji” təşəbbüsləri və müasir kommunal sistemlər göstərir ki, Qarabağda qayıdış yalnız geriyə deyil, həm də irəliyə, gələcəyin yaşayış modelinə doğru yönəlmiş bir hərəkətdir”.

Ekspert vurğulayıb ki, bütün bu səfərlərin təşkilində Prezident Administrasiyasının oynadığı rolu təkcə təşkilati koordinasiya kimi yox, həm də siyasi sosiallaşma və strateji kommunikasiya platforması kimi qiymətləndirmək lazımdır:

“Dövlətin bu cür açıq təşəbbüslərlə müxtəlif ictimai dairələrlə birbaşa təmasa girməsi, postmünaqişə mərhələsində siyasi legitimliyin və ictimai inamın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, Qarabağa Qayıdış prosesi təkcə əhalinin köçürülməsi və infrastrukturun qurulması deyil, həm də ictimai yaddaşın yenidən formalaşması, siyasi münasibətlərin yeni mərhələyə keçməsi və dövlətlə vətəndaş arasında əməkdaşlıq mədəniyyətinin möhkəmlənməsi kontekstində oxunmalıdır.

Azərbaycan yalnız torpaqlarını deyil, bu torpaqlarda həyatla birgə siyasi etimadın, milli həmrəyliyin və modern idarəetmənin təməlini də bərpa edir”.

Elmir
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri