Icma.az
close
up
RU
Politoloq: Tehran Bakı ilə münasibətlərdə yeni səhifə açmağa maraq göstərir

Politoloq: Tehran Bakı ilə münasibətlərdə yeni səhifə açmağa maraq göstərir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər. Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında siyasi mərkəzdə ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşır. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gedişdir".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

O deyib ki, bu səfərin Bakının məşhur küləyinin saniyədə 48 metr sürətlə əsəcəyi bir gündə reallaşması simvolikdir, bu külək münasibətləri sürətlə yeni mərhələyə keçirtməyə kömək edəcək:

"İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi faktının özü rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Bu, təsadüfi deyil. Hazırda İran bir neçə strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa və dərinləşdirməyə məcburdur.

Birinci və əsas səbəb - regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyətdir. Son dövrdə İran ətrafında gərginlik artaraq kritik həddə çatıb. Xüsusən də ABŞ və Qərblə diplomatik danışıqların qəlizləşmısi İranı yeni alternativlər axtarmağa sövq edir. Tehran üçün şimal sərhədində sabitlik və etibarlılıq olduqca vacibdir. Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün bu kontekstdə həyati əhəmiyyət kəsb edir.

Azərbaycan, həmçinin İranın ötən il münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çıxartdığı Rusiya ilə dayanıqlı əlaqələrin qurulmasında əsas halqadır. Panama kanalı, Süveyş kanalı iki okeanın birləşməsi üçün hansı əhəmiyyəti daşıyırdısa, İran-Rusiya tərəfdaşlığının möhkəmlənməsi və ikisinin bir-birilə effektiv birləşməsi üçün Azərbaycan əsas aparıcı halqa rolunu oynayır.

İkinci səbəb İranın iqtisadi böhranıdır. Son aylarda İran iqtisadiyyatı ciddi çətinliklərlə üzləşib. İranın milli valyutası rial cəmi bir neçə ay ərzində 50%-dən çox dəyər itirib ki, bu da daxili sosial-iqtisadi vəziyyəti ciddi şəkildə gərginləşdirir. İqtisadi tənəzzül fonunda daxili etirazlar və narazılıqların yenidən alovlanma təhlükəsi İran hakimiyyətini ciddi şəkildə narahat edir. İran hakimiyyəti vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün xarici siyasətdə pozitiv gedişlərə, xüsusilə iqtisadi əməkdaşlığa və sərhədyanı təhlükəsizliyə böyük önəm verir. Azərbaycanla münasibətlərin yeni müstəviyə çıxarılması İran azərbaycanlılarının kritik dəstəyini əldə etmək baxımından önəmlidir".

"Digər mühüm məsələ isə İranın beynəlxalq arenada təcrid olunmaq təhlükəsindən qurtulmaq üçün regionda yeni diplomatik kanallar axtarmağa məcbur olmasıdır. Bu istiqamətdə Tehran Bakı ilə münasibətləri yaxşılaşdırmaqla yanaşı, Azərbaycan vasitəsilə İsraillə dolayı və ya qeyri-rəsmi əlaqələr qurmağa cəhd edə bilər. Tehran - Təl-Əviv xəttində yeni bir diplomatik kanalın açılması ehtimalı Azərbaycan-İran münasibətlərinin yeni dövründə əhəmiyyətli mövzulardan biri olacaq.

Bu səbəbdən İran prezidenti Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində ciddi mesajlar verəcək. İqtisadi layihələr, xüsusilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq mövzuları gündəmdə olacaq. Son dönəmlərdə İran üçün əsas problemlərdən biri enerji çatışmazlığıdır. Ölkənin elektrik enerjisinin istehsalı potensialı artan tələbi qarşılaya bilmir. Xüsusi olaraq, yay aylarında bu daha ciddi hiss edilir. Ona görə Tehran Azərbaycandan elektrik enerjisi idxalında maraqlı görünür. Böyük ehtimalla yeni dönəmdə Azərbaycan İranla elektrik enerjisi - qaz mübadiləsinə gedə bilər. Bu hər iki ölkə üçün maraqlı hesab olunur.

İranın hazırkı mürəkkəb geosiyasi və iqtisadi vəziyyəti Azərbaycanla münasibətlərdə yeni səhifənin açılmasını təkcə zəruri deyil, həm də qaçılmaz edir", - deyə politoloq qeyd edib.

Aytac Qasımova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri