Icma.az
close
up
RU
Politoloq: “Tehran siyasətini dəyişməyə başlayıb”

Politoloq: “Tehran siyasətini dəyişməyə başlayıb”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu mürəkkəb vəziyyətdədirlər. 

Onlar İranla 12 günlük müharibə nəticəsində nə qədər “zərbələr nəticəsində İranın uranı zənginləşdirmə mərkəzləri məhv edildi” desələr də, bunu sübut edəcək faktları yoxdur. 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, işləri korlayan Mərkəzi Kəşfiyyat İdarəsindən adının çəkilməsini istəməyən mənbənin İranın uranı zənginləşdirən mərkəzlərinin böyük zərər görməməsi barədə mətbuata ötürdüyü məlumat olub:

“Bu məlumat Donald Trampı hövsələdən çıxarıb. Çünki həmin xəbər Trampın qələbə eyforiyasını heçə endirib. Buna görə də Trampın təlimatı ilə müdafiə naziri və Baş Qərargah rəisi Vaşinqtonda birgə mətbuat konfransı keçiriblər.

Ancaq həmin konfransda da jurnalistlərin sualları cavabsız qalıb, İranın uranı zənginləşdirən mərkəzlərinin dağıdıldığını sübut edən faktlar və ya görüntülər ortaya qoyulmayıb”.

Politoloq qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu da eyni vəziyyətdədir:

“O, Tramp kimi məsələyə nöqtə qoyulduğunu bildirib. Ancaq İsraildə də İranın daha uranı zənginləşdirməyəcəyinə dair şübhələr var. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın uranı yenidən zənginləşdirə biləcəyi haqqında açıqlaması şübhələri daha da artırıb.

Bu arada, Tehran da siyasətini dəyişməyə başlayıb. Başda ali dini lider Əli Xameneyi başda olmaqla, İran rəsmiləri və generalları 12 günlük müharibədən sonra belə bəyanatlar verdilər ki, İsrail və ABŞ İranın uranı zənginləşdirən mərkəzlərinə elə ciddi zərər vura bilməyiblər.

Ancaq daha sonra Tehrandan fərqli açıqlamalar gəlməyə başlayıb. İran xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin nüvə obyektlərinə zərbələrinin geniş və ciddi ziyan vurduğunu bildirib. Eyni səpkili açıqlamaları aşağı ranqlı digər iranlı diplomatlar da səsləndirib. Bu, Tehranın taktiki gedişidir. 

Çünki İran rəsmiləri hər dəfə “zərbələr nüvə obyektlərinə zərər vurmayıb” desələr, bu, Trampı və Netanyahunu gələcəkdə İrana yeni zərbələrə həvəsləndirə bilər. Bu isə İran rejimini növbəti sınaqla üz-üzə qoyar.

Ona görə də Tehrandan Trampın və Netanyahunun nüvə obyektlərinin dağıdılması barədə fikirlərini təsdiq edəcək açıqlamaların sayı arta bilər. Zərbələr nəticəsində uranı zənginləşdirən mərkəzlərin real vəziyyətini isə İranda çox dar çərçivə bilir”.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri