Politoloq: Türkiyə Ukraynanın gələcəyinə pozitiv təsir göstərə biləcək yeganə siyasi güc mərkəzidir
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Ərdoğan və Zelenski görüşü faktiki olaraq Tramp və Putinin görüşünə paraleldir. Türkiyə Trampın Ukraynanın gələcəyini riskə atan planını müəyyən mənada əngəlləmək qərarına gəlib. Rəsmi Ankara Türkiyənin dəniz sərhəddində olan dövlətin bu cür darmdağın olmasının tərəfdarı deyil. Türkiyə öz ətrafında sabitlik və normal tərəfdaşlar istəyir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, hazırda Tramp adminstrasiyasının yürütdüyü siyasət Ukraynanın gələcəyini təhlükə altında qoyur:
"Anlaşılan odur ki, Trampın təhlükəli Ukrayna planına Avropa Birliyi də hələlik müqavimət göstərə bilmir. Belə şəraitdə Türkiyə avanqard dövlət olaraq ön plana çıxmağı bacardı və Ukraynanın gələcək taleyinə pozitiv təsir göstərmək üçün Trampın oyunlarına müqavimət göstərmək qərarına gəldi. Bu baxımdan Ərdoğanla Zelenski görüşü olduqca dəyərlidir. Çünki bu görüşdə məhz Ukraynanın gələcək taleyindən danışılıb".
Politoloqun sözlərinə görə, ABŞ və Rusiya arasındakı təmaslarda birmənalı şəkildə iki ölkənin maraqları ön plana keçib:
"Bu baxımdan Türkiyə Ukraynanın gələcəyinə pozitiv təsir göstərə biləcək yeganə siyasi güc mərkəzidir. Əgər Zelenski siyasi iradə nümayiş etdirib Trampın Ukrayna planına müqavimət göstərməyə cəsarət edərsə, Türkiyənin dəstəyini tam şəkildə almış olacaq. Bu müqavimətdən cəsarətlənən Avropa Birliyi də Ərdoğan və Zelenskinin ortaq fəaliyyətlərini dəstəkləyə bilər. Bu təmaslar uğurlu nəticələr verərsə, ABŞ və Rusiya oyunlarının pozulmasında böyük önəm daşıyan prosesə çevrilə bilər".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Politoloq: Ukraynanın gələcək taleyi müəmmalıdır
20 Fevral 2025 17:01
Qərb Ukraynanın arxasından çəkilir Politoloq
02 Dekabr 2025 12:22
Politoloq: “Ukraynanın Gürcüstana qarşı sanksiyaları simvolikdir”
05 Dekabr 2024 18:42
Politoloq: Ukraynanın taleyi çətin sınaq qarşısındadır
14 Aprel 2025 15:47
Politoloq: Delimitasiya bütün bölgənin taleyinə təsir göstərə biləcək mühüm vəzifə kimi qarşıdadır
29 Noyabr 2025 19:35
Baxış sayı:98
Bu xəbər 19 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları