Icma.az
close
up
RU
Politoloq: Ukrayna savaşı daha da şiddətlənəcək

Politoloq: Ukrayna savaşı daha da şiddətlənəcək

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiya və ABŞ arasında danışıqlar Avropasız aparıldığı üçün müsbət nəticə əldə edilməyəcək

"ABŞ Ukraynada atəşkəsin mümkün olub-olmayacağına bir neçə gün ərzində qərar verəcək". Bunu ABŞ dövlət katibi Mark Rubio jurnalistlərə açıqlamasında bildirib. Rubio deyib ki, əgər bir neçə gün ərzində Ukraynada müharibəni dayandırmaq səylərimiz uğursuz olarsa, Prezident Trampa danışıqların daha uyğun variant olmadığını bildirəcəklər. Dövlət katibi həmçinin əlavə edib ki, əgər hər iki tərəf sülhə ciddi yanaşarsa, ABŞ Ukraynadakı münaqişənin həllinə yardım etməyə hazırdır: “Əks halda ABŞ başqa prioritetlərə yönələcək”. Onun sözlərinə görə, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini açıq şəkildə müzakirə etməyə hazır deyil. ABŞ dövlət katibi əlavə edib ki, “Avropa sanksiyalarının ləğvi razılaşmanın bir hissəsinə çevrilə bilməsi üçün Aİ ölkələri Ukraynadakı nizamlanma prosesinə cəlb edilməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, ABŞ, Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması üçün Kiyevə təzyiqlər edir. Ekspert bildirib ki, Ağ Ev xüsusilə Ukraynanın beş regionunu Moskvaya güzəştə getməyə və bunun müqabilində atəşkəsin əldə edilməsini tələb edir: "Bu kontekstdə Donald Trampın xüsusi nümayəndəsi Putinlə danışıqlar aparıb. Bir neçə gün bundan əvvəl ABŞ xüsusi nümayəndəsi beş regionla bağlı danışıqlar getdiyini vurğulayıb. Görünür, Vaşinqton beş regionu Rusiyaya verməklə atəşkəsin əldə edilməsinə çalışır. Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Ukraynada atəşkəs və sülh üçün Kiyevin Rusiyanın sərhədləri daxilində beş regionu tanınmasını əsas şərt kimi irəli sürdü. Prinsipcə, Tramp Putinin Ukrayna ilə bağlı bu şərtini qəbul etmək istəyir. Amma Ukrayna prezidentinin prinsipial mövqeyi və Avropa ölkələrinin dəstəyi Tramp-Putin sövdələşməsinin qarşısını alır. Göründüyü kimi, V.Zelenskinin "Patriot" raket almaq təklifinə Tramp sərt reaksiya verib. Bu, göstərir ki, ABŞ prezidenti Rusiya ilə sövdələşməyə getməyə çalışır. Amma Rusiya atəşkəsə getmir və hətta Kiyevdə hakimiyyətin dəyişməsi şərtini qoyur. Hazırkı şərtlərlə Rusiya-ABŞ arasında danışıqlar baş tutmayacaq".

Ekspertə görə, Tramp komandasında Rusiya ilə bağlı ciddi fikir ayrılıqları var: "Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Rusiyaya qarşı sərt xəttin tərəfdarıdır. Rusiya və ABŞ arasında danışıqlar Avropasız aparıldığı üçün müsbət nəticə əldə edilməyəcək. Rusiya və Ukrayna arasında atəşkəsin yaxın perspektivdə əldə edilməsi gözlənilmir. Avropa Ukraynaya 23 milyard dollarlıq hərbi yardım ayırıb. Tərəflər arasında bu ilin axırına kimi müharibə davam etməsi gözlənilir. Ukrayna növbəti aylarda cəbhədə təşəbbüsü ələ alacaqsa, Rusiya danışıqlarda əvvəlki mövqeyindən geri çəkilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see495

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see292

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see272

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see264

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see259

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see255

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see231

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see231

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see226

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see220

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see213

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see210

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see207

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see204

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see195

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see194

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see186

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see184

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see180

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri