Polşa millisinin futbolçusu: “Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq”
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Monteneqroya məğlub olaraq (0:1) mübarizəni dayandıran Polşa millisinin üzvü Pyotr Makovski yarışın təşkilatçılığını yüksək qiymətləndirib.
O, "Report”a açıqlamasında Azərbaycan millisinin oyunlarını xeyli sayda azarkeşin izlədiyini bildirib.
Futbolçu gözəl atmosfer yaradıldığı qənaətindədir:
"Dünya çempionatı çox yaxşı təşkil edilib. Düşünürəm ki, indiyə qədər ən yaxşı təşkilatçılıq Azərbaycanda oldu. Xüsusən də Azərbaycan yığmasının oyunlarını xeyli azarkeş izləyir. Gözəl atmosfer var. Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq”.
Polşalı oyunçu Azərbaycan millisini favorit görür:
"Oyun çətin keçdi. Qələbə qazanmaq istəyirdik. Lakin Monteneqro 1 qol vurdu və növbəti mərhələyə vəsiqə qazandı. Fikrimcə, dünya çempionatının əsas favoriti Azərbaycan millisidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 May 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















