Azərbaycan millisinin üzvü: Ümid edirəm ki, növbəti mərhələlərdə də medallar qazanacağıq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın minifutbol yığmasının üzvü Mirmehdi Rzayev Mavritaniya üzərində qazandıqları qələbədən sonra komandanın növbəti mərhələyə yüksəlməsini dəyərləndirib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, o, ilk matçda bəxtlərinin gətirmədiyini deyib.
M.Rzayev komandanın gücünün daha artıq olduğunu düşünür:
"Qələbə qazandıq, düşünürəm ki, gücümüz bundan da artıqdır. İlk oyunda bəxtimiz gətirməmişdi. Şükür ki, qrup mərhələsini lider kimi bitirdik. Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr və medallar qazanacağıq".
"Avropa çempionu olmaq tam başqa hisslər idi. Bura isə fərqlidir. Doğma azarkeşlər önündə oynamaq, həqiqətən zövq verir. Bizə dəstək göstərənlərə təşəkkürümü bildirirəm", - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 May 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















