Elfsborqun futbolçusu havaya ümid edir: Ümid edirəm ki, mümkün qədər soyuq olacaq
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" Avropa Liqası Liqa mərhələsinin 6-cı turunda səfərdə "Elfsborq"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, İsveç təmsilçisinin futbolçusu Ahmed Kasem matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib. 21 yaşlı vinger ilin ən vacib oyununa çıxacaqlarını bildirib:
Həyəcanlıyıq, qarşıda əyləncəli matç var. Bütün diqqətimizi "Qarabağ"a yönəltmişik və oyuna hazırıq. Düşünürəm ki, ilin ən vacib oyunu desəm, komandadakı uşaqlar mənimlə razılaşarlar. Bizə qələbə lazımdır. Əgər pley-offda oynamaq istəyiriksə, qələbə qazanmalı və 2024-cü ili klub, özümüz və bütün azarkeşlərimiz üçün ən yaxşı şəkildə başa vurmalıyıq. Oyunda yüksək intensivliyi qoruyub saxlamalıyıq. Düşünürəm ki, meydanda çətin döyüş olacaq. Çünki, hər iki komanda qol vurmalıdır. İkili mübarizələrdə qalib gəlsək və sürətli olsaq, yaxşı şansımız var.
Ahmed Kasem "Qarabağ" haqda da danışıb. İsveçli oyunçu soyuq havanın onların xeyrinə olacağını deyib:
"Qarabağ" hücumda çoxlu yaxşı oyunçuları olan bacarıqlı komandadır. Amma düşünürəm ki, onlar bizə uyğun komandadır. Rəqib bizim öyrəşdiyimiz, lakin onların öyrəşmədiyi soyuq havaya gələcək. Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olacaq".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















