Polşa polisi etirazçıların traktorlarını Varşavaya buraxmır
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Polşa polisi “Merkosur” ölkələri ilə Avropa İttifaqının (Aİ) ticarət müqaviləsinə etiraz edən fermerlərin traktorlarını Varşavaya buraxmır.
AZƏRTAC Polşa mediasına istinadla xəbər verir ki, bu gün Varşavanın mərkəzində fermerlərin böyük etiraz aksiyası planlaşdırılır. Onlar Avropa İttifaqına keyfiyyətsiz qida axınından ehtiyatlanaraq, “Merkosur” müqaviləsinin dayandırılmasını tələb edirlər. “Əgər traktorları saxlamağa davam etsələr, Varşavanın girişində yollar bağlana bilər. Bu, onlar üçün daha pis olacaq”, - deyə aksiyaya traktoru ilə gələn fermerlərdən biri bildirib.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Aİ liderlərinin “Merkosur” ölkələri ilə azad ticarət müqaviləsinin imzalanmasını ən azı yanvar ayınadək təxirə saldığını açıqlamışdı. Müqavilə üzrə təkrar səsvermə 2026-cı il yanvarın 9-na təyin olunub.
Baxış sayı:29
Bu xəbər 09 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















