Polşa müdafiə nazirinin təyyarəsi havaya qalxdıqdan sonra Varşavaya qaytarıldı
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamışı daşıyan hökumət təyyarəsi texniki nasazlıq səbəbindən havaya qalxdıqdan sonra Varşava hava limanına geri qayıtmağa məcbur olub.
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə "Polsat News" telekanalına məlumat verib.
Məlumata görə, Almaniyanın Ramşteyn şəhərində yerləşən NATO bazasına yola düşən Kosinyak-Kamışın rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan hökumət təyyarəsi təcili qaydada hərbi aerodroma eniş edib.
Bildirilib ki, baş nazirin müavini ilə NATO-nun baş katibi arasında planlaşdırılan görüş iki saat təxirə salınıb. Belə ki, müdafiə nazirinin mətbuat konfransı əvvəlcə saat 15:00-a nəzərdə tutulsa da, sonradan saat 17:00-a keçirilib.
Mətbuatın məlumatına görə, təyyarənin eniş şassisində mümkün nasazlığı göstərən xəbərdarlıq işıq göstəricisinin yanması insidentə səbəb olub.
Baxış sayı:55
Bu xəbər 29 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















