Icma.az
close
up
RU
Polşa səfiri: WTDC 25 in yüksək səviyyədə təşkili Azərbaycanın qlobal rəqəmsal inkişafda liderliyini təsdiqləyir

Polşa səfiri: WTDC 25 in yüksək səviyyədə təşkili Azərbaycanın qlobal rəqəmsal inkişafda liderliyini təsdiqləyir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanda keçirilən WTDC-25 konfransı dövlətin rəqəmsal transformasiya sahəsindəki strateji mövqeyini bir daha nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Respublikasının Azərbaycandakı səfiri Pavel Radomski Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasında bildirib.

Səfir konfransın təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycanın rəqəmsal inkişaf gündəliyinin qlobal səviyyədə müsbət qarşılandığını vurğulayıb. O bildirib ki, Bakı bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yalnız regionda deyil, qlobal rəqəmsal dialoqda da vacib tərəfdaş kimi çıxış edir.

Pavel Radomski beynəlxalq rəqəmsal inkişaf gündəliyinə dair çıxışında qlobal rəqəmsal transformasiyanın iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişaf hədəflərində mühüm rol oynadığını bildirib.

Diplomat vurğulayıb ki, iyulun 26-da keçirilmiş “Qlobal Pik” platforması Avropanın əhali artımını və dayanıqlı enerji təşəbbüslərini dəstəkləyən təşəbbüslərin əhəmiyyətini bir daha gündəliyə gətirib. Bu çərçivədə, Günəş enerjisinə yatırılmış 306 milyard avro investisiya iqlim layihələrinin perspektivliliyini sübut edir.

Pavel Radomski qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafı zamanı insan mərkəzli və insan hüquqlarına əsaslanan yanaşma xüsusi əhəmiyyət kəsb edir. Bu, həm etibarlı, həm də bərabərhüquqlu rəqəmsal gələcəyə zəmin yaradır.

Səfir, həmçinin vurğulayıb ki, fiber-optik infrastrukturun və kosmik resursların ədalətli istifadəsi gələcək qlobal rifahın açarıdır. O, hələ də 2,6 milyard insanın internetdən kənarda qaldığını vurğulayaraq, BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan İTU-nun bu sahədə səlahiyyətli texniki nəzarət aparmasının vacibliyini bildirib.

Radomski işğal və təcavüz siyasəti fonunda humanitar infrastrukturun qorunmasının, həmçinin münaqişə bölgələrində texniki avadanlıqların silah məqsədilə sui-istifadəsinin qarşısının alınmasının vacibliyini də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Səfir sonda dünya ictimaiyyətini rəqəmsal bərabərlik və iqlim ədaləti ilə bağlı prinsipləri əsas tutaraq qlobal əməkdaşlığı daha da gücləndirməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri